|
Əyləc sistemində problem yarandıqda mühərriki söndürməyə cəhd etməyin. Əvvəlcə maşını uyğun yerdə saxlayıb əraziyə göz gəzdirmək, daha sonra qəza siqnalını yandırmaq lazımdır. Bu barədə “Avto Vzqlyad” agentliyinə rusiyalı ekspert Yefim Rozkin bildirib. Onun sözlərinə görə, bu zaman əyləcləri bir neçə dəfə vurmaq, sonra isə sistemdə minimum təzyiq yaratmaq üçün pedalı basmaq lazımdır. Nəticədə avtomobil yavaşlayacaq.
Eyni zamanda, avtomobili mümkün qədər nəqliyyatların daha az hərəkət etdiyi sahəyə yönəltmək lazımdır, imkan varsa, maşın yoxuşa sürülməlidir, qar yığını, meşə, kol və sair.
Ekspert bildirib ki, sözügedən problem zamanı əl əyləcindən də istifadə etmək olar, lakin o, mümkün qədər yumşaq şəkildə çəkilməlidir.