Yol polisi bütün hərəkət iştirakçılarını bu cür maarifləndirir - YENİLİKLƏR
Rüfət Quliyev: “Yol hərəkəti iştirakçılarını Instagram” səhifəsini izləməyə dəvət edirik

Son zamanlar tez-tez yol-nəqliyyat hadisələri baş verir. Baş verə biləcək qəzaların qarşısını alınması üçün hansı tədbirlər görülməlidir? Yol hərəkət iştirakçılarının maarifləndirilməsi və onları təhlükəsizlik qaydalarına əməl etmək istiqamətində Baş Dövlət Yol Polisi İdarəsi hansı addımlar atır?

Yol-xeber.az xəbər verir ki, bu barədə oxu.az-a açıqlama verən Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Rüfət Quliyev bildirib ki, Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən hazırlanmış bukletlər mütəmadi olaraq sürücülərə və piyadalara təqdim olunur. “Belə tədbirlər ölkə ərazisində, DYP stasionar postlarda, xüsusi ilə şəhərlərin küçə və prospektlərdə davam edir və həmin materialları sürücülərə və piyadalara təqdim edirik”. 

“Bu cür tədbirləin əsas mahiyyəti yol hərəkət iştirakçılarının maarifləndirilməsi ilə yanaşı sürücüləri bukletlərdə həsr olunmuş uşaqlar tərəfindən çəkilmiş yol hərəkəti təhlükəsizliyinə aid rəsm işləri ilə tanış edib yol hərəkəti qaydalarını pozmamağa dəvət etməkdən ibarətdir. Maarifləndirici tədbir yol hərəkəti iştirakçıları tərəfindən çox müsbət qarşılanır və uşaqlar tərəfindən çəkilmiş rəsm işlərinə böyük maraq göstərilir”, - deyə R.Quliyev qeyd edib. 

 

Polis polkovnik-leytenantı vurğulayıb ki, hər bir yol polisinin əsas funksional vəzifələrindən biri yol hərəkəti iştirakçılarının təhlükəsizliyini təmin etməkdir: “Bunun üçün lazımlı tədbirlər davamlı olaraq əməkdaşlarımız tərəfindən aparılır. Maarifləndirmə yolu bunu etmək olduqca vacibdir. Müasir dövrdə əhalinin sosial şəbəkələrə böyük maraq göstərilir. DİN-nin rəhbərliyi bunu nəzərə alaraq DİN BDYPİ-nin fəaliyyəti ilə bağlı geniş məlumatlandırılması eləcədə maarifləndirici tədbirləri keçirilməsi üçün “dyp.polisazerbaycan” adlı “Instagram” səhifəsi yaradılmasına göstəriş verilib. Həmin səhifədə geniş şəkildə baş verən yeniliklər və vacib olan məlumatlar ictimaiyyətə təqdim olunur. Odur ki, “dyp.polisazerbaycan” adlı “Instagram” səhifəsini izlənməsinə yol hərəkət iştirakçılarını dəvət edirik”.

R.Quliyev bildirib ki Baş Dövlət Yol Polisi İdarəsi bütün hərəkət iştirakçılarını təhlükəsiz yol diləyi ilə yol hərəkəti qaydalarına əməl etməyi tövsiyə edib.

21 Aprel 2025 Xərçəngin müalicəsində yeni bitki - Şöhrəti ABŞ-yə qədər yayıldı
17 Aprel 2025 Betona yeni alternativ: Dəniz suyu və CO₂ ilə hazırlanan inqilabi material
14 Aprel 2025 Süni intellekt qətl və qurbanları qabaqcadan müəyyən edəcək - Yenilik
14 Aprel 2025 Sudan sonra insan sağlamlığı üçün ən faydalı içki açıqlandı
08 Aprel 2025 Paket çaylar barədə gerçək - kif, bakteriya, daha nələr...
04 Aprel 2025 Aprel döyüşlərinin şəhidi "Mixaylo" - Ərdoğan onu "Azərbaycanın aslanı" adlandırmışdı - VİDEO
21 Mart 2025 Fərid Qayıbov xanımı ilə Bakı-Qəbələ qatarında - Fotolar
12 Mart 2025 Bu vərdiş 100 siqaret çəkməyə bərabərdir - Həkimdən xəbərdarlıq
13 Yanvar 2025 İnsan süni intellektə qarşı uşaq kimi müdafiəsiz qalacaq - Alimdən mühüm xəbərdarlıq
03 Yanvar 2025 Vahid Ələkbərovun 2024-cü ildəki qazancı açıqlandı
16 Dekabr 2024 Qışda “marojna”
12 Dekabr 2024 Heç vaxt yadımızdan çıxmayacaq - 2024-də nələr yaşandı?
05 Dekabr 2024 Süni intellekt insanı öldürə bilər?
23 Noyabr 2024 Ağciyəriniz pambıq kimi yumşalacaq, öskürəyiniz dayanacaq
22 Noyabr 2024 Evdə dərman saxlayarkən bunlara DİQQƏT edin, yoxsa zəhər olar…
21 Noyabr 2024 Onlayn alış-verişdə aldanmamaq üçün nə etməli - fırıldaq, yoxsa alıcı diqqətsizliyi...
20 Noyabr 2024 Yarpaq dolmasını qatıqla yeyənlərə xəbərdarlıq
16 Noyabr 2024 Xərçəngin qarşısını alır, 10 il cavanlaşdırır
14 Noyabr 2024 Dubay şokoladı yeyən atanın qiyməti eşidəndə verdiyi reaksiya gündəm oldu - VİDEO
12 Noyabr 2024 Həkim ağ çörəkdən imtina məsələsinə NÖQTƏ QOYDU

Xəbər lenti