|
"Formula 1"də çıxış edən "Mercedes" komandası 2020-ci il mövsümü üçün yeni avtomobilinin ilk görüntülərini paylaşıb. Yol-xeber.az "Report"a istinadən xəbər verir ki, yeni bolid əvvəlki dizayndan ciddi fərqlənmir. Komandanın tərkibi də dəyişilməz qalıb. Mübariz pilotlar qismində yenə britaniyalı 7 qat dünya çempionu Lüis Hemilton və finlandiyalı Valtteri Bottas qalıb.
Qeyd edək ki, "Mercedes" 2014-cü il mövsümündən etibarən "Formula 1"də hegemonlq edir. Almaniya komandası turbomotorların çempionata qayıtmasının ardından son 6 mövsümdə 6 dəfə Konstruktorlar kubokunu qazanıb. "Mercedes" pilotları da eyni sayda dünya çempionu olublar. Titulların 5-i Hemiltonun, 1-i isə 2016-cı ildə idmanla vidalaşan Niko Rosberqin hesabındadır.
Qeyd edək ki, "Formula 1"də mövsümün ilk Qran-prisi 13-15 martda Avstraliyada keçiriləcək.