|
Paytaxt polisi Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin yanvarın 17-də start verdiyi “Əsgərə salam” aksiyasına qoşulmaqla Silahlı Qüvvələrimizin şəxsi heyəti ilə həmrəyliyini nümayiş etdirir. Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) Mətbuat Xidmətindən Yol-xeber.az-a bildirilib ki, Soyuq səngərlərdə əldə silah düşmənlə üz-üzə dayanan, öz xidməti vəzifəsini və vətən qarşısında övladlıq borcunu şərəflə yerinə yetirən hərbçilərimizin qəlbinə hərarəti xalqımızın sevgisi və etibarı, dövlətimizin gücü və qüdrəti verir.