|
21 fevral 1976-cı ilin bu günü, "VAZ-2106" markalı ilk kommersiya avtomobilləri "Volqa Avtomobil Zavodunun" əsas konveyerinin III xəttindən çıxdı. Yol-xeber.az xəbər verir ki, "VAZ 2106" modeli "VAZ" zavodunda hazırlanmış sovet minik avtomobilidir. 1976-cı ildən 2006-cı ilədək seriya ilə buraxılıb. "06"-nın əsasını italyan modeli "FIAT 124 Speciale"-nin 1972-ci il nümunəsi təşkil edir. "VAZ 2106" modeli "VAZ" avtomobillərinin istehsal edildiyi bütün dövrlər ərzində ən populyar modellərdən birinə çevrildi.
Ümumilikdə, 1976-2006-cı illər ərzində Tolyatti, Syzran, İjevsk və Xerson zavodlarında 4.3 milyondan çox nüsxə istehsal edilmişdir.