Yol qəzalarında ən vacib sual: Piyadalar nə vaxtacan sürücülərin həyatını məhv edəcək?
Ekspert yol nəqliyyat hadisələrinin bəzilərinin intihara söykəndiyini vurğulayıb

"Yol nəqliyyat hadisələri ilə bağlı açılan cinayət işlərində müstəntiqlər, təhqiqatçılar işə düzgün yanaşmır, məsələyə pul gözü ilə baxırlar”. Bunu Qaynarinfo-ya açıqlamasında nəqliyyat ekspert Elməddin Muradlı yol nəqliyyat hadisələrində piyadaların rolundan danışarkən deyib. O bildirib ki, piyadanın kamera görüntüsünü aşkarlayıb məsuliyyətə cəlb etmək üçün texniki imkanlar yoxdur: "Bu günlərdə biz təhlükəsiz şəhər kameraları ilə qeydə alınan yol nəqliyyat hadisələrini əks etdirən iki videoçarx hazırladıq. Onların hər ikisində piyadaların səhvi ücbatından yol nəqliyyat hadisəsi baş verib. Bu görüntülər açıq şəkildə göstərir ki, qəzanın səbəbkarı piyadadır. Amma elə bir texniki vasitə yoxdur ki, piyadanı kamera görüntüsü ilə aşkarlayıb məsuliyyətə cəlb eləsinlər. Məsələn, orada iki sürücü mübahisə edir, baxırlar ki, piyada yoxdur, gedib. Elə bir mükəmməl texnologiya lazımdır ki, piyadaların üz cizgiləri əsasında onun kimliyini müəyyənləşdirmək mümkin olsun. Bu, hətta Cinayət Məcəlləsində də öz əksini tapıb. Yol nəqliyyat hadisəsi nəticəsində zərərçəkən şəxsin sağlamlığına ağır və yaxud az ağır xəsarət dəyərsə, o zaman piyada cinayət məsuliyyəti daşıyır. Sadəcə olaraq, bugünkü qanunvericiliyi dərindən öyrənmək və tətbiq etmək lazımdır. Çox təəssüf... Son illərin təcrübəsi göstərir ki, adətən yol nəqliyyat hadisələrində piyadavurmalarda sürücülər məsuliyyətə cəlb olunur. Cəlb olunmasa belə, baş verən hadisə onun həyatı bahasına başa gəlir. Sürücü var-dövlətini satır, nəyi varsa əlindən çıxır, sonda ailə-uşaq qarşısında da başıaşağı olur. Və bundan sonra həbsdən canını qurtarır. Məsələn, bir avtomobil sürət həddini aşır, sürücü kobud surətdə qaydaları pozur, sağ-sol manevrlər edir və nəticədə başqa bir avtomobilə dəyib ölür. Belə hadisələrdə bəzən polis onu vuran avtomobilin sürücüsünü məsuliyyətə cəlb edir. Deyir ki, "onu sən öldürdün”. O, öz yolu ilə gedirsə, niyə məsuliyyətə cəlb olunmalıdır? Başqa faktlar var. Məsələn, müstəntiqlər sürücülərə psixoloji təsir edir. Deyirlər ki, "get ailənlə sağollaş, sənədlərini gətir, həbsə hazır ol” və s... Belə yollarla sürücülərə təsir göstərirlər. Belə olmaz, insan həyatıdır. Müstəntiq kimdir ki, insan həyatı ilə oynasın. Sənə bu haqqı kim verib? Azərbaycanda piyadavurma hadisələrində 97 % sürücü məsuliyyət daşıyır, piyadalar günahkar sayılmır”.

Elməddin Muradlı təəssüf hissi ilə qeyd edib ki, yol nəqliyyat hadisələrində müstəntiqlər, təhqiqatçılar işə düzgün yanaşmır: "Məsələyə pul gözü ilə baxırlar, qazanc mənbəyi güdürlər. Anlamırlar ki, günahsız bir insanın həyatını puç edirlər. Hər bir halda piyadanın günahı var. Onların günahını məsuliyyətdən kənar saxlamaq qanun pozuntusudur”.

Ekspert yol nəqliyyat hadisələrinin bəzilərinin intihara söykəndiyini vurğulayıb: "Bəzi piyadaların da intihar məqsədi ilə yola çıxdığı hallar var. Əgər piyadavurma hadisələrində düzgün təhli aparılsa, piyadaların intihar hallarına rast gəlmək olar. Müstəntiqlər bir tərəfdən, ölənlərin yaxınları digər tərəfdən insanların həyatı ilə oynayır. Hadisə obyektiv araşdırılsa, nə sürücü həbs olunar, nə də onun yaxınlarından pul tələb etmək olar”. 

23 Noyabr 2024 Ağciyəriniz pambıq kimi yumşalacaq, öskürəyiniz dayanacaq
22 Noyabr 2024 Evdə dərman saxlayarkən bunlara DİQQƏT edin, yoxsa zəhər olar…
21 Noyabr 2024 Onlayn alış-verişdə aldanmamaq üçün nə etməli - fırıldaq, yoxsa alıcı diqqətsizliyi...
20 Noyabr 2024 Yarpaq dolmasını qatıqla yeyənlərə xəbərdarlıq
16 Noyabr 2024 Xərçəngin qarşısını alır, 10 il cavanlaşdırır
14 Noyabr 2024 Dubay şokoladı yeyən atanın qiyməti eşidəndə verdiyi reaksiya gündəm oldu - VİDEO
12 Noyabr 2024 Həkim ağ çörəkdən imtina məsələsinə NÖQTƏ QOYDU
01 Noyabr 2024 Ərəblərə kilosunu 3800 manata SATIRIQ, Bakıda isə qiyməti....
30 Oktyabr 2024 Ermənilər hələ də mahnılarımızı oğurlayır - musiqi irsimizə necə sahib çıxırıq?
28 Oktyabr 2024 Azərbaycanda "Halloven" bayramını qeyd edənlərin sayı artıb - Psixoloq nə deyir?
17 Oktyabr 2024 Şirniyyat düşkünlərinə bəd xəbər – Risk çoxdur
16 Oktyabr 2024 Alimlər Marsda sirli strukturlar tapdı
16 Oktyabr 2024 Görücü Vanqa ili açıqlayıbmış - Bu tarixdə qiyamət qopacaq
15 Oktyabr 2024 Alimlərindən xəbərdarlıq: Süni intellekt öldürə bilir
14 Oktyabr 2024 Yadplanetlilərlə bağlı ŞOK XƏBƏR: Onların varlığı tezliklə AÇIQLANACAQ
14 Oktyabr 2024 1325-ci ilin xəritəsində Azərbaycan adı - FOTO
14 Oktyabr 2024 Bakıda hər kəsi heyran edən maşının sahibi görün kim imiş? - FOTO
10 Oktyabr 2024 Quyruq yağını bol-bol yeyin, çünki...
07 Oktyabr 2024 Azərbaycanın neçə kəndində internet yoxdur? - Rəsmi açıqlama
03 Oktyabr 2024 Məktəblilərin qida rasionu necə olmalıdır? - Mütəxəssisdən valideynlərə MƏSLƏHƏT

Xəbər lenti