|
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və “BakİnterNet” Bakıda internet kabellərinin yenilənməsinə start verib.
Axar.az xəbər verir ki, artıq bir müddətdir iki qurum birlikdə mənzillərə gedən internet xətlərini təzələməyə başlayıb. İnternet xətlərinin yenilənməsi zamanı qurum əməkdaşları hər mənzilə ayrıca modem quraşdırır. Hətta modem olan evlərə belə yeni modemlər paylanılıb.
Heç bir ödəniş tələb edilmədən, tamamilə pulsuz yenilənən internet xətləri və modemlər yaxın günlərdə istifadəyə veriləcək.
Artıq Sabunçu rayonu ərazisində gün ərzində əksər binaların xətləri yenisi ilə əvəzlənib. Əməkdaşlar bildirib ki, bu, internet sürətinin daha da artırmaq üçün nəzərdə tutulub. Bununla mənzillərə gələn internetin sürəti yüksək və kəsintisiz olacaq.