Diş məcunu seçərkən bunlara diqqət edin

Diş məcunu seçərkən bir sıra amillərə diqqət edilməlidir.

Əks halda dişlərinizə, o cümlədən də sağlamlığınıza zərər vura bilərsiniz.

“Qafqazinfo” Medicina.az-a istinadən sizə düzgün diş məcunu seçiminin qaydalarını açıqlayır: 

1. Ftor tərkibli diş məcunu istifadə edin

Dişlərin üzərində olan mina təbəqəsi kristallardan ibarətdir. Bu kristalların adı hidroksiapatitdir. Bu bakteriyalar kristalların dağılmasına səbəb olaraq dişin mina təbəqəsini zədələyirlər. Ftor, hidroksiapatit kristallarına birləşərək florapatit əmələ gətirir ki, bu maddə bakteriyaların mina təbəqəsinə təsirini azaldır. Ftor maddəsi dişləri qüvvətləndirən və çürüməsinin qarşısını alan aktiv elementdir.

2. Dişləriniz həssasdırmı?

Dişin mina təbəqəsinin altında kanallardan ibarət dentin təbəqəsi yerləşir.  Müxtəlif səbəblərdən üzə çıxan dentin təbəqəsi soyuq, isti, turş, şirin kimi qidalar səbəbindən qıcıqlanır və həssas olur. Buna görə də həsasiyyət problem yaşayan xəstələr diş məcunu seçimində diqqətli olmalıdırlar. Yaxşı olardı ki, çox nanəli və acı dadlı məcunlardan uzaq durasınız. Yaxşı olardı ki, həssas dişlər üçün nəzərdə tutulan məcunlardan istifadə edəsiniz. Onların tərkibində olan ionlar üzə çıxan dentin kanallarını qapayaraq həssaslığı aradan qaldırır.

3. Uşaqlar üçün məcun seçərkən diqqətli olun

Uşaqlara diş fırçalamaq vərdişini kiçik yaşlardan formalaşdırmaq lazımdır. Yaxşı olardı ki, özünüz dişlərinizi fırçalayaraq onlara nümunə olun. Uşaqlar dişlərini fırçalayan zaman məcunu uda bilərlər. Bu səbəbdən də onlara ftor səviyyəsi aşağı olan diş məcunları alın.

4. Çalışın ki, ağ rəngli diş məcunlarından istifadə edəsiniz

Damaqda olan hər hansı bir problem dişlər fırçalanarkən onların qanamasından məlum olur.  Rəngli diş məcunları isə qanın rəngini itirə bilər. Buna görə də problemdən vaxtında xəbərdar olmaq üçün ağ rəngli məcunlardan istifadə edin.

5. Ağardıcı məcunlara diqqət

Məcunun tərkibində olan hissəciklərin dişin səthini cızması onların zədələnməsinə səbəb ola bilər. Bu isə daha sonralar özünü çürümə kimi büruzə verəcəkdir. Buna görə də çalışın ki, tərkibində sərt hissəciklər olmayan məcunlardan istifadə edəsiniz.

23 Noyabr 2024 Ağciyəriniz pambıq kimi yumşalacaq, öskürəyiniz dayanacaq
22 Noyabr 2024 Evdə dərman saxlayarkən bunlara DİQQƏT edin, yoxsa zəhər olar…
21 Noyabr 2024 Onlayn alış-verişdə aldanmamaq üçün nə etməli - fırıldaq, yoxsa alıcı diqqətsizliyi...
20 Noyabr 2024 Yarpaq dolmasını qatıqla yeyənlərə xəbərdarlıq
16 Noyabr 2024 Xərçəngin qarşısını alır, 10 il cavanlaşdırır
14 Noyabr 2024 Dubay şokoladı yeyən atanın qiyməti eşidəndə verdiyi reaksiya gündəm oldu - VİDEO
12 Noyabr 2024 Həkim ağ çörəkdən imtina məsələsinə NÖQTƏ QOYDU
01 Noyabr 2024 Ərəblərə kilosunu 3800 manata SATIRIQ, Bakıda isə qiyməti....
30 Oktyabr 2024 Ermənilər hələ də mahnılarımızı oğurlayır - musiqi irsimizə necə sahib çıxırıq?
28 Oktyabr 2024 Azərbaycanda "Halloven" bayramını qeyd edənlərin sayı artıb - Psixoloq nə deyir?
17 Oktyabr 2024 Şirniyyat düşkünlərinə bəd xəbər – Risk çoxdur
16 Oktyabr 2024 Alimlər Marsda sirli strukturlar tapdı
16 Oktyabr 2024 Görücü Vanqa ili açıqlayıbmış - Bu tarixdə qiyamət qopacaq
15 Oktyabr 2024 Alimlərindən xəbərdarlıq: Süni intellekt öldürə bilir
14 Oktyabr 2024 Yadplanetlilərlə bağlı ŞOK XƏBƏR: Onların varlığı tezliklə AÇIQLANACAQ
14 Oktyabr 2024 1325-ci ilin xəritəsində Azərbaycan adı - FOTO
14 Oktyabr 2024 Bakıda hər kəsi heyran edən maşının sahibi görün kim imiş? - FOTO
10 Oktyabr 2024 Quyruq yağını bol-bol yeyin, çünki...
07 Oktyabr 2024 Azərbaycanın neçə kəndində internet yoxdur? - Rəsmi açıqlama
03 Oktyabr 2024 Məktəblilərin qida rasionu necə olmalıdır? - Mütəxəssisdən valideynlərə MƏSLƏHƏT

Xəbər lenti