1992-ci il fevralın 26-da Xocalıda baş vermiş soyqırım aktı təkcə Azərbaycanda deyil, bütün dünyada dəhşətlə qarşılandı. Dünyanın məşhur qəzet və dərgiləri Xocalıda yaşanmış insanlıq dramını heyrət doğuran cümlələrlə təqdim etdilər.

Axar.az Xocalı soyqırımından bir neçə gün sonra dünya mediasının faciə ilə bağlı yazdığı məlumatları təqdim edir:

“Le Mond” qəzeti (Paris), 14 mart 1992-ci il: “Ağdamda olan əcnəbi jurnalistlər qətlə yetirilən qadınlar və uşaqlar arasında başının dərisi soyulmuş, dırnaqları çıxarılmış üç nəfəri görüblər. Bu, Azərbaycanın təbliğatı deyil, reallıqdır”.

“İzvestiya”, 13 mart 1992-ci il: “Mayor Leonid Kravets: Mən özüm təpədə təqribən 100 meyit gördüm. Bir oğlanın başı yox idi. Hər yerdə xüsusi qəddarlıqla qətlə yetirilmiş qadınların, uşaqların, qocaların meyitləri görünürdü”.

“Moskovskie Novosti” qəzetinin müxbiri Yuri Pompeyev gördükləri ilə bağlı sadəcə bir cümlə yazmışdı: “Xocalıda heç kim yox idi, sadəcə cəsədlər qalmışdı”.

“Krua l `Eveneman” jurnalı (Paris), 25 mart 1992-ci il: “Ermənilər Xocalıya hücum ediblər. Bütün dünya eybəcər vəziyyətə salınmış meyitlərin şahidi oldu”.

“Sandi Tayms” (London), 1 mart 1992-ci il: “Erməni əsgərləri yüzlərlə ailəni məhv etdilər”.

“Faynəşnl Tayms” qəzeti (London), 9 mart 1992-ci il: “Ermənilər Ağdam tərəfə gedən qaçqınlar karvanını atəşə tutdular”.

“Tayms” qəzeti (London), 4 mart 1992-ci il: “Xocalıda meyitlərin çoxu eybəcər vəziyyətə salınıb, kiçik bir qızın yalnız başı qalıb”.

“İzvestiya” (Moskva), 4 mart 1992-ci il: “Videokamera qulaqları kəsilmiş uşaqları göstərdi. Bir qoca qadının sifətinin yarısı kəsilib götürülüb, kişilərin başının dərisi soyulub”.

Amerikalı jurnalist Tomas Qolts Xocalıda gördüklərini bu cür təsvir edir:

“Fotoqraf dostum donmuşdu, şəkil çəkmək üçün özünü ölü bədənlərin üzərinə doğru atmalı oldu. Cəsədlər, qoparılmış üzvlər... Dəhşət idi. Cəsədlərin üzləri parçalanmış, bəzilərinin başının dərisi soyulmuşdu”.

“Nyusvik” qəzetinin yazarı Paskal Privat:

“Bir məscidin arxasında müvəqqəti olaraq qurulmuş morqa Xocalıdan gətirilmiş baş dərisi soyulmuş yüzlərlə cəsəd və onların başında yas tutan qaçqınlar var idi. Bəzi cəsədlərin üzü parçalanmışdı”.

Rusiyalı jurnalist Yuri Romanov:

“Altı yaşında, gözləri bağlanmış bir qız uşağı gördüm. Kameramı bağlamadan ona doğru əylildim və “nə olub” deyə soruşdum.

- Gözlərim yanır, gözlərim yanır.

Yanında dayanan həkim bildirdi ki, gözləri kor olub:

- Gözlərində siqaret söndürüblər. Bizə gətiriləndə hələ də gözlərində siqaret kötükləri var idi”.

Erməni jurnalist Daud Xeyriyan:

“Qətliamda öldürülən insanların yandırılmasında məsul olan erməni qrupla bir yerdə idim. Sonuncu KamAZ-da 10 yaşlı bir qız uşağı gördüm. Başından və əlindən yaralıydı. Soyuğa, aclığa və yaralarına rəğmən hələ də yaşayırdı. Həmin an Tiranyan adlı bir əsgər onu tutub digər cəsədlərin üzərinə atdı. Sonra bütün cəsədləri yandırdılar. Həmin an yanan cəsədlər arasında bir qışqırtı səsi eşitdim…”

17 Aprel 2025 Betona yeni alternativ: Dəniz suyu və CO₂ ilə hazırlanan inqilabi material
14 Aprel 2025 Süni intellekt qətl və qurbanları qabaqcadan müəyyən edəcək - Yenilik
14 Aprel 2025 Sudan sonra insan sağlamlığı üçün ən faydalı içki açıqlandı
08 Aprel 2025 Paket çaylar barədə gerçək - kif, bakteriya, daha nələr...
04 Aprel 2025 Aprel döyüşlərinin şəhidi "Mixaylo" - Ərdoğan onu "Azərbaycanın aslanı" adlandırmışdı - VİDEO
21 Mart 2025 Fərid Qayıbov xanımı ilə Bakı-Qəbələ qatarında - Fotolar
12 Mart 2025 Bu vərdiş 100 siqaret çəkməyə bərabərdir - Həkimdən xəbərdarlıq
13 Yanvar 2025 İnsan süni intellektə qarşı uşaq kimi müdafiəsiz qalacaq - Alimdən mühüm xəbərdarlıq
03 Yanvar 2025 Vahid Ələkbərovun 2024-cü ildəki qazancı açıqlandı
16 Dekabr 2024 Qışda “marojna”
12 Dekabr 2024 Heç vaxt yadımızdan çıxmayacaq - 2024-də nələr yaşandı?
05 Dekabr 2024 Süni intellekt insanı öldürə bilər?
23 Noyabr 2024 Ağciyəriniz pambıq kimi yumşalacaq, öskürəyiniz dayanacaq
22 Noyabr 2024 Evdə dərman saxlayarkən bunlara DİQQƏT edin, yoxsa zəhər olar…
21 Noyabr 2024 Onlayn alış-verişdə aldanmamaq üçün nə etməli - fırıldaq, yoxsa alıcı diqqətsizliyi...
20 Noyabr 2024 Yarpaq dolmasını qatıqla yeyənlərə xəbərdarlıq
16 Noyabr 2024 Xərçəngin qarşısını alır, 10 il cavanlaşdırır
14 Noyabr 2024 Dubay şokoladı yeyən atanın qiyməti eşidəndə verdiyi reaksiya gündəm oldu - VİDEO
12 Noyabr 2024 Həkim ağ çörəkdən imtina məsələsinə NÖQTƏ QOYDU
01 Noyabr 2024 Ərəblərə kilosunu 3800 manata SATIRIQ, Bakıda isə qiyməti....

Xəbər lenti