Xocalıda öldürülənlərin sayının 613 nəfərdən çox olması məsələsi zaman-zaman gündəmə gəlir.

Bu sözləri Kult.az-a açıqlamasında tarixçi Dilavər Əzimli Hərbi Jurnalistlər Birliyinin sədri, AzTV-nin İnformasiya Proqramları studiyasının direktor müavini Tamxil Ziyəddinoğlunun Xocalıda azı 3813 nəfərin qətlə yetirilməsi barədə paylaşdığı məlumatlar barədə danışarkən deyib.

O bildirib ki, bu məsələ hələ dərinliyinə qədər araşdırılmayıb:

“Vaxtilə polis mayoru işləyən tələbə yoldaşım, bir sıra kitabların müəllifi Cəlaləddin Qasımov Xocalıda insanların müəyyən ərazilərdə basdırılmasını və yandırılmasını əks etdirən faktlar yaymışdı. Yazırlar ki, Xocalıda təxminən 10 min adam yaşayıb. Xocalı sakinləri şəhərdən çıxan ərəfədə onların dəqiq statistikası aparılmayıb.

Ola bilsin, Xocalıda yaşayan insanların müəyyən hissəsi təhlükəni hiss edib, faciədən əvvəl ordan çıxıblar, amma ümumilikdə 10 min az rəqəm deyil. Vəziyyət həmin dövrdə ağır idi. Bəlkə də hesablama aparmaq kimsənin yadına düşməyib. 1992-ci ildən sonra da bu məsələ ətraflı araşdırılmayıb.

Beynəlxalq Qırmızı Xaç Komitəsi də məlumat yayır ki, erməni əsirliyində bu qədər adam var. Bu rəqəmlər üzərində ciddi tədqiqat aparmaq lazımdır. Bunlar erməni vəhşiliyini birbaşa sübut edən ən böyük faktlardır. Araşdırmadan sonra isə onların hamısını beynəlxalq məhkəməyə vermək lazımdır”.

D.Əzimlinin sözlərinə görə, ermənilər meyitləri yandırırdılar ki, ölü sayı az görünsün:

“Təklif edirəm ki, faciədən əvvəl və faciə ərəfəsində Xocalı sakinlərinin dəqiq sayının neçə olması ciddi şəkildə araşdırılsın. Şəxsən özüm də bu araşdırmalara qoşulmağa hazıram. Fikrimcə, bu, çətin məsələ deyil. Bu rəqəmləri araşdıraraq beynəlxalq ictimaiyyətə təqdim etmək, sərkisyanları, köçəryanları, saakyanları ifşa etmək lazımdır”.

Xocalının millət vəkili Elman Məmmədov orada qətlə yetirilənlərin sayının çox olduğunu desə də, T.Ziyəddinoğlunun paylaşdığı rəqəmlərlə razı olmayıb:

“Xocalıda qətlə yetirilən sakinlərin sayı barədə müxtəlif adamlar müxtəlif fikirlər yürüdürlər. Ancaq o vətəndaşın dediyi rəqəmlər şişirdilib. Xocalı şəhərinin özündə 7 min nəfərə qədər əhalimiz var idi. Demək olar ki, Xocalıda hamı bir-birini tanıyırdı. Yəni rəqəmlərin bu qədər təhrif olunması mümkün deyil.

O dövrdə vəziyyət gərgin olduğu üçün dəqiq qeydiyyat aparılmayıb. Ona görə də ölənlərin sayı rəsmi statistikadan 150-200 nəfər çox ola bilər. Lakin ödürülənlərin sayının 3800-dən çox olması həqiqətə uyğun gəlmir.

Ancaq 613-dən çox şəhidimizin olması dəqiqdir. Xocalıda meşələrdə qalan, dəfn olunmadığı üçün qeydiyyata düşməyən insanlarımız olub. Yəqin, Tamxal qardaşımız ermənilərin daha böyük vəhşiliklər törətdiyini göstərmək üçün araşdırılma istəyir və haqlıdır. İstənilən halda rəqəmlərə aydınlıq gətirilməlidir”.

Qeyd edək ki, T.Ziyəddinoğlu bundan əvvəl Xocalıda azı 3813 nəfərin qətlə yetirildiyini, lakin 613 nəfərin meyitinin tapıldığını yazıb. O bildirib ki, ermənilər qətliamın miqyasını gizlətmək üçün meyitləri yandırıblar.

17 Aprel 2025 Betona yeni alternativ: Dəniz suyu və CO₂ ilə hazırlanan inqilabi material
14 Aprel 2025 Süni intellekt qətl və qurbanları qabaqcadan müəyyən edəcək - Yenilik
14 Aprel 2025 Sudan sonra insan sağlamlığı üçün ən faydalı içki açıqlandı
08 Aprel 2025 Paket çaylar barədə gerçək - kif, bakteriya, daha nələr...
04 Aprel 2025 Aprel döyüşlərinin şəhidi "Mixaylo" - Ərdoğan onu "Azərbaycanın aslanı" adlandırmışdı - VİDEO
21 Mart 2025 Fərid Qayıbov xanımı ilə Bakı-Qəbələ qatarında - Fotolar
12 Mart 2025 Bu vərdiş 100 siqaret çəkməyə bərabərdir - Həkimdən xəbərdarlıq
13 Yanvar 2025 İnsan süni intellektə qarşı uşaq kimi müdafiəsiz qalacaq - Alimdən mühüm xəbərdarlıq
03 Yanvar 2025 Vahid Ələkbərovun 2024-cü ildəki qazancı açıqlandı
16 Dekabr 2024 Qışda “marojna”
12 Dekabr 2024 Heç vaxt yadımızdan çıxmayacaq - 2024-də nələr yaşandı?
05 Dekabr 2024 Süni intellekt insanı öldürə bilər?
23 Noyabr 2024 Ağciyəriniz pambıq kimi yumşalacaq, öskürəyiniz dayanacaq
22 Noyabr 2024 Evdə dərman saxlayarkən bunlara DİQQƏT edin, yoxsa zəhər olar…
21 Noyabr 2024 Onlayn alış-verişdə aldanmamaq üçün nə etməli - fırıldaq, yoxsa alıcı diqqətsizliyi...
20 Noyabr 2024 Yarpaq dolmasını qatıqla yeyənlərə xəbərdarlıq
16 Noyabr 2024 Xərçəngin qarşısını alır, 10 il cavanlaşdırır
14 Noyabr 2024 Dubay şokoladı yeyən atanın qiyməti eşidəndə verdiyi reaksiya gündəm oldu - VİDEO
12 Noyabr 2024 Həkim ağ çörəkdən imtina məsələsinə NÖQTƏ QOYDU
01 Noyabr 2024 Ərəblərə kilosunu 3800 manata SATIRIQ, Bakıda isə qiyməti....

Xəbər lenti