|
Çinin “Huawei” şirkəti onunla əməkdaşlıq edən qurumları sanksiya ilə hədələyən ABŞ hökumətini məhkəməyə verib.
“Qafqazinfo “Gazeta.ru”ya istinadən xəbər verir ki, şirkət bubununla bağlı Texas dairə məhkəməsinə şikayət edib.
Bildirilib ki, ABŞ hökuməti “Huawei” məhsullarından istifadə üçün qadağa qoyulmasına heç bir səbəb göstərməyib. Şirkət buna görə də bu addımın qanunsuz olduğunu hesab edir.