|
Mağazalarda artıq mövsümün meyvələri hesab edilən çiyələk və alçanın satışı başlayıb. Ancaq heç bir halda uşaqlara verilməsi düzgün deyil.
Axar.az xəbər verir ki, bu barədə pediatr Vaqif Qarayev məlumat paylaşıb.
O bildirib ki, hazırda satışda olan bu meyvələr təbii halda yetişdirilməyib. Bu səbəbdən xüsusilə uşaqlara verilməsi məsləhət görülmür:
“Satışına yeni başlanılıb. Uşaqlara hələ vermək məsləhət deyil. Artıq şikayət edənlərin sayı artır. Deməli, xeyirindən çox ziyanı var”.