|
“Burger Kinq” bu ilin sonlarından etibarən Gürcüstanda sünii ətdən hazırlanmış fəst-fud qidaları satacaq.
Axar.az-ın ONA-ya istinadən xəbərinə görə, bu barədə ABŞ-da fəaliyyət göstərən fəst-fud şəbəkəsi “Verge” məlumat yayıb.
Şirkət səbəb kimi Gürcüstandakı vegeterian müştərilərini razı salmağa çalışdığını bildirib. Vegeterian burgerlərdə pendir və ət yerinə noxud, soya, kartof, bitki yağı və süni ətdən istifadə ediləcək. “Burger King”in baş ofisindən burgerlərin dad olaraq daha fərqli olmayacağı bildirilib.