|
"Maykrosoft" şirkəti Çinin telekommunikasiya şirkəti "Huavey" ilə istehlakçı elektronika və b2b həlləri seqmentlərində əməkdaşlığı dayandıra bilər.
Trend-in məlumatına görə, mayın 20-də Amerika Korporasiyası "Huavey" ilə əməkdaşlığın dayandırılması barədə müxtəlif ölkələrdə, o cümlədən Rusiyadakı nümayəndəliklərinə məktublar göndərib.
Qeyd edilir ki, "Huavey" istehlakçı seqmentində noutbuklarda “Maykrosoft”-un Vindovs əməliyyat sistemindən, b2b-də Amerika korporasiyasının server və məlumatların saxlanılmasının həllərində softundan, eləcə də “Huavey Kloud” xidmətindən istifadə edir.