Bal saxlanma şərtləri və istifadə müddəti olmayan, 40-dan çox növü olan, çoxlu sayda mineral və vitaminlərlə zəngin, saysız-hesabsız müalicəvi xassələri özündə daşıyan qida məhsuludur. Onun rəngi və dadı tərkibindəki çiçək və otlardan asılı olaraq dəyişir. Tərkibində 13-20 faiz su, 80 faizdən çox karbohidrat, 0.4 faiz zülal, 0.3 faiz kül var. Bundan başqa tərkibinə üzvi turşular və fermentlər də daxildir.

Bal daha çox müalicə məqsədilə, eyni zamanda, dadlandırıcı və qoruyucu kimi qənnadı sənayesində istifadə olunur. Bəzən balın tərkibində bakteriya, kif və maya göbələklərinə də rast gəlinir. Bu mikroorqanizmlərin miqdarı balın keyfiyyəti və təhlükəsizliyinə təsir edir. Xoşbəxtlikdən bakteriya və mikrobların çoxu balda böyüyə və çoxala bilmir, lakin spor əmələgətirən mikroorqanizmlər - “Bacillus cereus”, “Clostridium perfringens” bakteriyaları balda uzun müddət yaşaya bilər. Balda olan “Clostridium botulinum” bakteriyası 2 yaşdan aşağı körpələrdə ciddi qida zəhərlənməsi sayılan “botulizm”ə yol aça biləcəyi üçün onlara bu qida məhsulu verilməməlidir.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin informasiya təminatı və innovativ həllər şöbəsindən Azərtac-a bildirilib ki, son dövrlərdə ölkəmizdə saxta balların hazırlanması və satışı artıb. Saxta balın bir sıra orqanoleptik xüsusiyyətləri təbii bala oxşayır. Lakin arılar tərəfindən istehsal olunan təbii balın tərkibində olan fermentlər, çiçək tozu və dekstrinler süni balda yoxdur. Saxta bal hazırlanarkən şəkərli məhsul – yemiş, qarpız, şəkər qamışı və şəkər çuğunduru, təbii rəngləndiricilər – dazı otu, çay dəmləməsi, zəfəran, yaxud süni rəngləndiricilərdən istifadə olunur. Aparılan araşdırmalar nəticəsində müəyyən olunub ki, təbii bal və şəkəri bir-birindən ayıran çox mühüm fərqlər var. Şəkər həzm sistemində parçalanaraq qana keçir, lakin təbii bal parçalanmadan sürətli şəkildə qana qarışa bilir. Beləliklə, bal insan orqanizminin ən yüksək dərəcədə faydalana biləcəyi qida məhsuludur. Lakin bal sırf şəkərdən hazırlandığından insan orqanizminə bir sıra fəsadlar da törədə bilər. Tədqiqatlar göstərir ki, insan orqanizminə şəkərin heç bir faydası yoxdur. Şəkər orqanizmdə qaraciyər tərəfindən metabolizə edilir. Bu da qaraciyərin bəzi funksiyalarının pozulmasına və onun normal fəaliyyətinin çətinləşməsinə gətirib çıxarır. Əgər insan aktiv həyat tərzi keçirmirsə və normadan artıq şəkər qəbul edirsə, o zaman xərçəng hüceyrələrinin yaranması, qaraciyər piylənməsi, depressiya və psixi pozuntular, diabet xəstəliyi, normadan artıq çəki, damar tıxanıqlığı, uşaqlarda böyümə hormonlarının ifrazının ləngiməsi, orqanizmin hormonal balansının pozulması, diqqət dağınıqlığı, dişlərin çürüməsi və bununla bağlı yaranan böyrək və bağırsaq iltihablanmaları, orqanizmin immun sisteminin zəifləməsi kimi xəstəliklər meydana çıxa bilər.

Bütün bunları nəzərə alaraq istehlakçıların təbii baldan istifadə etməsi daha məsləhətlidir.

23 Noyabr 2024 Ağciyəriniz pambıq kimi yumşalacaq, öskürəyiniz dayanacaq
22 Noyabr 2024 Evdə dərman saxlayarkən bunlara DİQQƏT edin, yoxsa zəhər olar…
21 Noyabr 2024 Onlayn alış-verişdə aldanmamaq üçün nə etməli - fırıldaq, yoxsa alıcı diqqətsizliyi...
20 Noyabr 2024 Yarpaq dolmasını qatıqla yeyənlərə xəbərdarlıq
16 Noyabr 2024 Xərçəngin qarşısını alır, 10 il cavanlaşdırır
14 Noyabr 2024 Dubay şokoladı yeyən atanın qiyməti eşidəndə verdiyi reaksiya gündəm oldu - VİDEO
12 Noyabr 2024 Həkim ağ çörəkdən imtina məsələsinə NÖQTƏ QOYDU
01 Noyabr 2024 Ərəblərə kilosunu 3800 manata SATIRIQ, Bakıda isə qiyməti....
30 Oktyabr 2024 Ermənilər hələ də mahnılarımızı oğurlayır - musiqi irsimizə necə sahib çıxırıq?
28 Oktyabr 2024 Azərbaycanda "Halloven" bayramını qeyd edənlərin sayı artıb - Psixoloq nə deyir?
17 Oktyabr 2024 Şirniyyat düşkünlərinə bəd xəbər – Risk çoxdur
16 Oktyabr 2024 Alimlər Marsda sirli strukturlar tapdı
16 Oktyabr 2024 Görücü Vanqa ili açıqlayıbmış - Bu tarixdə qiyamət qopacaq
15 Oktyabr 2024 Alimlərindən xəbərdarlıq: Süni intellekt öldürə bilir
14 Oktyabr 2024 Yadplanetlilərlə bağlı ŞOK XƏBƏR: Onların varlığı tezliklə AÇIQLANACAQ
14 Oktyabr 2024 1325-ci ilin xəritəsində Azərbaycan adı - FOTO
14 Oktyabr 2024 Bakıda hər kəsi heyran edən maşının sahibi görün kim imiş? - FOTO
10 Oktyabr 2024 Quyruq yağını bol-bol yeyin, çünki...
07 Oktyabr 2024 Azərbaycanın neçə kəndində internet yoxdur? - Rəsmi açıqlama
03 Oktyabr 2024 Məktəblilərin qida rasionu necə olmalıdır? - Mütəxəssisdən valideynlərə MƏSLƏHƏT

Xəbər lenti