Britaniya alimləri heç bir prosedura reaksiya verməyən dözümlü xərçəng hüceyrələrinin inkişafını dayandıracaq yeni preparatların yaxın 10 ildə kəşf edilə biləcəyini açıqlayıblar.

Britaniyanın Xərçəng Tədqiqatları İnstitutu (ICR) bu araşdırmaya 75 milyon funt sterlinq ayıracağını açıqlayıb.

İCR Londonun cənubundakı Sutton qəsəbəsində yeni dərmanlar hazırlayan müasir araşdırma mərkəzi açmaq istəyir.

İnstitutun rəhbəri Paul Vorkman deyib ki, xərcənglə mübarizədə ən böyük problem xərçəng hüceyrələrinin dərmanlara adaptasiya olmaları və dərmanlara qarşı müqaviməti artırmalarıdır.

Onun sözlərinə görə, yeni dərmanlar xərçəng hüceyrələrinin inkişafını daha uzun müddət üçün əngəlləyə biləcək. Bundan başqa, xərçəngdən xilas olma halları artacaq.

Hazırda QİÇS virusu ilə mübarizə də bu mərhələdədir.

Araşdırmaçılar deyirlər ki, onkoloji xəstəliklərlə mübarizənin müasir metodları, məsələn, kimyaterapiya bəzən müsbət nəticə vermir, xərçəng hüceyrələri sağ qalır, adaptasiya olunur və xəstəlik yenidən qayıdır.

"Xərçəng hüceyrələrinin təkmilləşmək və müqaviməti artırmaq xüsusiyyəti xərçənglə bağlı əksər ölümlərin əsas səbəbi və bu xəstəliklə mübarizəni çətinləşdirən başlıca problemdir", - professor Vorkman deyir.

Onun sözlərinə görə, İCR xərçəngin müalicəsinə radikal dərəcədə yeni yanaşma hazırlayır, bu yanaşma xərçəng hüceyrələrinin təkamül prosesini əvvəldən təxmin etməyə hesablanıb. Araşdırmaçıların hədəfi hüceyrələrdə preparatlara qarşı müqavimətin formalaşmasına mane olmaqdır.

İnstitut bu araşdırma üçün 300-dək araşdırmaçını işə cəlb etmək istəyir.

Xərçəngin bütün növləri mütəmadi olaraq təkamül edir. Bu isə böyük problem yaradır, çünki xərçəng hüceyrələrinin müalicə kursuna qarşı müqaviməti xəstəliyin geri qayıtmasına səbəb olur.

İCR bu təkamül prosesindən yeni müalicə üsulları tapmaq üçün istifadə etməyi planlaşdırır.

Bundan başqa, araşdırmaçılar xərçəng hüceyrələri və şişlərinin təkamülünü məhdudlaşdıracaq və ya dərmanların təsirini artıracaq preparatlar hazırlamağa ümid edirlər.

Eyni vaxtda bir neçə preparatdan istifadə edilməsi də xərçəng hüceyrələrinin inkişafına mane ola bilər.

Araşdırmaların ilkin mərhələsində pozitiv nəticələr əldə edilib, amma onların pratikada tətbiqinə ən azı 10 il vaxt lazım gələcək.

Alimlər ümid edirlər ki, xərçəngin yeni müalicə metodu müsbət nəticə verəcək. Bu metod eyni vaxtda bir neçə preparatdan isitfadəni və xərçəng hüceyrələrinin təkamülünü təxmin edəcək, buna mane olacaq süni intellekt proqramının tətbiqini nəzərdə tutur.

Daha çox yaşamaq

Yeni araşdırma mərkəzinin rəhbəri doktor Andrea Sottoriva deyir ki, süni intellektin tətbiqi və riyazi proqnozlaşdırma metodları xərçəng hüceyrələrinin davranışını və yeni müalicə üsullarına reaksiyasını anlaya bilər.

Alimlər immun sisteminin bir hissəsi olan protein molekulu APOBEC-in fəaliyyətini dayandıracaq yeni preparatlar üzərində işləyirlər, çünki xərçəng hüceyrələrinin yarıdan çoxu məhz bu molekulu nəzarətə götürür və bu onlara immun sisteminə qarşı müqavimət göstərmək imkanı verir.

"Biz çox əminik ki, yeni araşdırmalar sayəsində xərçəngi daha uzun müddət nəzarətdə saxlamağın yolunu tapacaq və hətta xəstələri müalicə edib onların daha uzun və daha keyfiyyətli həyat yaşamasına nail olacağıq", - professor Vorkman belə deyir.

BBC Azərbaycanca

23 Noyabr 2024 Ağciyəriniz pambıq kimi yumşalacaq, öskürəyiniz dayanacaq
22 Noyabr 2024 Evdə dərman saxlayarkən bunlara DİQQƏT edin, yoxsa zəhər olar…
21 Noyabr 2024 Onlayn alış-verişdə aldanmamaq üçün nə etməli - fırıldaq, yoxsa alıcı diqqətsizliyi...
20 Noyabr 2024 Yarpaq dolmasını qatıqla yeyənlərə xəbərdarlıq
16 Noyabr 2024 Xərçəngin qarşısını alır, 10 il cavanlaşdırır
14 Noyabr 2024 Dubay şokoladı yeyən atanın qiyməti eşidəndə verdiyi reaksiya gündəm oldu - VİDEO
12 Noyabr 2024 Həkim ağ çörəkdən imtina məsələsinə NÖQTƏ QOYDU
01 Noyabr 2024 Ərəblərə kilosunu 3800 manata SATIRIQ, Bakıda isə qiyməti....
30 Oktyabr 2024 Ermənilər hələ də mahnılarımızı oğurlayır - musiqi irsimizə necə sahib çıxırıq?
28 Oktyabr 2024 Azərbaycanda "Halloven" bayramını qeyd edənlərin sayı artıb - Psixoloq nə deyir?
17 Oktyabr 2024 Şirniyyat düşkünlərinə bəd xəbər – Risk çoxdur
16 Oktyabr 2024 Alimlər Marsda sirli strukturlar tapdı
16 Oktyabr 2024 Görücü Vanqa ili açıqlayıbmış - Bu tarixdə qiyamət qopacaq
15 Oktyabr 2024 Alimlərindən xəbərdarlıq: Süni intellekt öldürə bilir
14 Oktyabr 2024 Yadplanetlilərlə bağlı ŞOK XƏBƏR: Onların varlığı tezliklə AÇIQLANACAQ
14 Oktyabr 2024 1325-ci ilin xəritəsində Azərbaycan adı - FOTO
14 Oktyabr 2024 Bakıda hər kəsi heyran edən maşının sahibi görün kim imiş? - FOTO
10 Oktyabr 2024 Quyruq yağını bol-bol yeyin, çünki...
07 Oktyabr 2024 Azərbaycanın neçə kəndində internet yoxdur? - Rəsmi açıqlama
03 Oktyabr 2024 Məktəblilərin qida rasionu necə olmalıdır? - Mütəxəssisdən valideynlərə MƏSLƏHƏT

Xəbər lenti