|
Qazax rayonunda Türkmənistan vətəndaşının idarə etdiyi yük maşını aşaraq yol kənarındakı evin hasarına çırpılıb.
Report-un məlumatına görə, hadisə Bakı-Qazax-Gürcüstan avtomobil yolunun Qazax rayon Yuxarı Salahlı kənd ərazisindən keçən hissəsində qeydə alınıb. Bakı istiqamətində hərəkətdə olan "TIR"ın idarəetmədən çıxaraq aşması nəticəsində sürücü, Türkmənistan vətəndaşı, 1981-ci il təvəllüdlü Məqsəd Balıyev yüngül xəsarət alıb.
Qəzanın dəqiq baş vermə səbəbləri araşdırılır.