Erməni mənbələrinə əsasən erməni milli musiqi tarixinin əsasını qoyanlardan biri Aram Xaçaturyan bir çox hallarda məhz Azərbaycan xalq musiqisinə müraciət edib.

O, musiqilərimizi emal edib, dəyişib və bundan sonra özünün “böyük” kompozisiyalarında istifadə edib.

Kult.az xəbər verir ki, bu barədə məşhur sovet musiqişünası Georgi Xubovun 1962-ci ildə yazılan “Aram Xaçaturyan – Monoqrafiya” adlı kitabında qeyd olunub.

Müəllif kitabın 434-cü səhifəsində yazıb ki, Xaçaturyan əsasən Azərbaycan, özbək, tacik və başqırdların musiqisindən istifadə edib:

“O, həmçinin türk musiqisini də mənimsəyib. Aramın anası bir çox Azərbaycan və gürcü mahnısı bilirdi və tez-tez oğlu üçün onları ifa edirdi. Xaçaturyan uşaqlığından Azərbaycan musiqisi ilə bürünüb. Bu təəssüratlar onun musiqi təfəkkürünün əsaslarını müəyyənləşdirdi və Aramın bəstəkar duyumunu inkişaf etdirməsinə imkan yaratdı”.

Aram Xaçaturyanın bəstələdiyi simfonik poemanın Azərbaycanın Tovuz rayonundan olan Aşıq Mirzənin yaradıcılığından götürülməsinə dair təsdiqlənmiş faktlar çoxdur.

Xubovun kitabının 112-ci səhifəsində yazılıb:

“1937-ci ildə bəstəkar tərəfindən istedadlı Azərbaycan aşığı Mirzənin sözlərinə yazılmış və təvazökarlıqla "Aşıq nəğməsi" adlandırılmışdır. Maraqlıdır ki, bu simfonik poemanın melodik xəttində və ritmik hərəkətin konturlarında Azərbaycan xalq musiqisinin, xüsusən də muğamların xarakterik melodiyalarını doğuran xüsusiyyətlər aydın şəkildə ortaya çıxır.

Oxucular Xaçaturun melodiyasını “Dügah dəstgahı” muğamının təsnifinin əvvəli ilə müqayisə etsələr, bundan əmin ola bilərlər”.

Sovet yazıçısı və ədəbiyyatşünası İrakli Andronikov da 1975-ci ildə dərc olunmuş “Seçilmiş əsərlər” kitabının ikinci cildində Xaçaturyanın öz yaradıcılığında Azərbaycan və gürcü musiqisindən istifadə etməsi faktını qeyd edib:

“Aram Xaçaturyanın “Qayane” baletində “Ləzginka” gürcülərindir, Azərbaycan ritmləri isə “Rəqs dəsti” və “Klarnet, skripka və fortepiano üçün trio”da müşahidə olunub. Azərbaycanın “Vağzalı”, “Uzundərə”, “Mirzəyi” və “Muşlu oğlan” kimi xalq mahnı və rəqslərini Aram Xaçaturyan ermənilərinki kimi qələmə verib”.

21 Aprel 2025 Xərçəngin müalicəsində yeni bitki - Şöhrəti ABŞ-yə qədər yayıldı
17 Aprel 2025 Betona yeni alternativ: Dəniz suyu və CO₂ ilə hazırlanan inqilabi material
14 Aprel 2025 Süni intellekt qətl və qurbanları qabaqcadan müəyyən edəcək - Yenilik
14 Aprel 2025 Sudan sonra insan sağlamlığı üçün ən faydalı içki açıqlandı
08 Aprel 2025 Paket çaylar barədə gerçək - kif, bakteriya, daha nələr...
04 Aprel 2025 Aprel döyüşlərinin şəhidi "Mixaylo" - Ərdoğan onu "Azərbaycanın aslanı" adlandırmışdı - VİDEO
21 Mart 2025 Fərid Qayıbov xanımı ilə Bakı-Qəbələ qatarında - Fotolar
12 Mart 2025 Bu vərdiş 100 siqaret çəkməyə bərabərdir - Həkimdən xəbərdarlıq
13 Yanvar 2025 İnsan süni intellektə qarşı uşaq kimi müdafiəsiz qalacaq - Alimdən mühüm xəbərdarlıq
03 Yanvar 2025 Vahid Ələkbərovun 2024-cü ildəki qazancı açıqlandı
16 Dekabr 2024 Qışda “marojna”
12 Dekabr 2024 Heç vaxt yadımızdan çıxmayacaq - 2024-də nələr yaşandı?
05 Dekabr 2024 Süni intellekt insanı öldürə bilər?
23 Noyabr 2024 Ağciyəriniz pambıq kimi yumşalacaq, öskürəyiniz dayanacaq
22 Noyabr 2024 Evdə dərman saxlayarkən bunlara DİQQƏT edin, yoxsa zəhər olar…
21 Noyabr 2024 Onlayn alış-verişdə aldanmamaq üçün nə etməli - fırıldaq, yoxsa alıcı diqqətsizliyi...
20 Noyabr 2024 Yarpaq dolmasını qatıqla yeyənlərə xəbərdarlıq
16 Noyabr 2024 Xərçəngin qarşısını alır, 10 il cavanlaşdırır
14 Noyabr 2024 Dubay şokoladı yeyən atanın qiyməti eşidəndə verdiyi reaksiya gündəm oldu - VİDEO
12 Noyabr 2024 Həkim ağ çörəkdən imtina məsələsinə NÖQTƏ QOYDU

Xəbər lenti