İlk dəfə qreypfrut XVIII əsrin axırlarında Barbados və Yamaykada aşkar olunsa da, tədqiqatçıların böyük əksəriyyəti onun şeddok və ya pompelmus adlı Asiya limonu ilə şirin portağalın təsadüfən hibridləşməsi nəticəsində yarandığını hesab edir.

Bəzi mənbələrdə isə meyvənin vətəninin Cənubi Amerika və Hindistan olduğu göstərilir. Ölkəmizin iqlim şəraiti qreypfrut yetişdirmək üçün münasib deyil. Onu Türkiyənin cənub, cənub-qərb, şimal-şərq bölgələrində, xüsusən Anadoluda yetişdirirlər.

Axar.az xəbər verir ki, qreypfrut hündürlüyü 6-7 metrə çatan ağacdır. İngiliscədən adının üzüm meyvəsi kimi tərcümə olunması heç də təsadüfi deyil, çünki onun meyvələri ağacda iri salxımlar şəklində yetişir.

Bir ədəd qreypfrutun enerji dəyəri təxminən 50 kaloriyə bərabərdir, az kalorili olduğuna görə pəhriz qidası kimi hər gün yeyilməsi məsləhət görülür. Tərkibində bol miqdarda C vitamini olduğuna görə orqanizmdə “qış xəstəliklərinə”, xüsusən də qrip və soyuqdəyməyə qarşı immuniteti gücləndirir. Yeməkdən əvvəl qəbul ediləndə iştahaaçıcı təsir göstərir, lakin orqanizmdə lipid və karbohidrat mübadilələrini sürətləndirdiyinə görə kökəlməyə səbəb olmur, əksinə yağların parçalanmasını sürətləndirir.

İnfeksion xəstəliklər zamanı xəstəyə verilməsi sağalmanı sürətləndirir. Qreypfrut, həmçinin həzmi və bağırsaqların fəaliyyətini tənzimləyir, qəbizliyi aradan qaldırır, fiziki və zehni yorğunluğu aradan qaldırır və orqanizmi gümrahlaşdırır. Meyvənin tərkibində olan bəzi maddələr şəkərli diabet xəstələri üçün əvəzolunmaz müalicə vasitəsidir.

Meyvədə olan qırmızı rəngli likopen adlı piqment təbiətdə rast gəlinən ən güclü antioksidantlardan biridir, orqanizmdə yaranan atipik hüceyrələri məhv edir və xərçəngin inkişafının qarşısını alır.

Meyvənin acıtəhər dadı var, ona acılıq verən maddələrin əsas hissəsi qabığına yaxın və arakəsmələrdə yerləşir. Ona görə də qreypfrutun qabıqlarını soyanda və ya şirəsini sıxıb içəndə acılıq demək olar ki, hiss edilmir. Qabığından alınan yağ C vitamini ilə zəngindir, qrip və soyuqdəymə zamanı qəbul olunur.

17 Aprel 2025 Betona yeni alternativ: Dəniz suyu və CO₂ ilə hazırlanan inqilabi material
14 Aprel 2025 Süni intellekt qətl və qurbanları qabaqcadan müəyyən edəcək - Yenilik
14 Aprel 2025 Sudan sonra insan sağlamlığı üçün ən faydalı içki açıqlandı
08 Aprel 2025 Paket çaylar barədə gerçək - kif, bakteriya, daha nələr...
04 Aprel 2025 Aprel döyüşlərinin şəhidi "Mixaylo" - Ərdoğan onu "Azərbaycanın aslanı" adlandırmışdı - VİDEO
21 Mart 2025 Fərid Qayıbov xanımı ilə Bakı-Qəbələ qatarında - Fotolar
12 Mart 2025 Bu vərdiş 100 siqaret çəkməyə bərabərdir - Həkimdən xəbərdarlıq
13 Yanvar 2025 İnsan süni intellektə qarşı uşaq kimi müdafiəsiz qalacaq - Alimdən mühüm xəbərdarlıq
03 Yanvar 2025 Vahid Ələkbərovun 2024-cü ildəki qazancı açıqlandı
16 Dekabr 2024 Qışda “marojna”
12 Dekabr 2024 Heç vaxt yadımızdan çıxmayacaq - 2024-də nələr yaşandı?
05 Dekabr 2024 Süni intellekt insanı öldürə bilər?
23 Noyabr 2024 Ağciyəriniz pambıq kimi yumşalacaq, öskürəyiniz dayanacaq
22 Noyabr 2024 Evdə dərman saxlayarkən bunlara DİQQƏT edin, yoxsa zəhər olar…
21 Noyabr 2024 Onlayn alış-verişdə aldanmamaq üçün nə etməli - fırıldaq, yoxsa alıcı diqqətsizliyi...
20 Noyabr 2024 Yarpaq dolmasını qatıqla yeyənlərə xəbərdarlıq
16 Noyabr 2024 Xərçəngin qarşısını alır, 10 il cavanlaşdırır
14 Noyabr 2024 Dubay şokoladı yeyən atanın qiyməti eşidəndə verdiyi reaksiya gündəm oldu - VİDEO
12 Noyabr 2024 Həkim ağ çörəkdən imtina məsələsinə NÖQTƏ QOYDU
01 Noyabr 2024 Ərəblərə kilosunu 3800 manata SATIRIQ, Bakıda isə qiyməti....

Xəbər lenti