|
"Qəbələ"nin yarımmüdafiəçisi Kamal Mirzəyev karyerasını Qətərdə davam etdirə bilər.
Sportal.az-ın əldə etdiyi məlumata görə, 24 yaşlı futbolçunu yüksək liqada çıxış edən "Əl-Salmiyə" klubu transfer etmək üzrədir.
Hazırda küveytlilər "Qəbələ" ilə transferin detallarını müzakirə edir. Kamalın keçidi üçün "qırmızı-qaralar"a müəyyən qədər təzminat ödəniləcək. Bakıda təlim-məşq toplanışında olan "Əl-Salmiyə"nin baş məşqçisi Milud Həmdi Mirzəyevi "Qəbələ"yə qarşı keçirdikləri yoxlama oyununda bəyənib. Kamalı arzuladığı ideal 11-likdə görən Əlcəzair əsilli fransalı mütəxəssis klub rəhbərliyindən futbolçunun transferini tələb edib.
1964-cü ildə yaranmış klub ötən mövsüm Qətər Premyer Liqasını 3-cü yerdə başa vurub. Azərbaycanın U-21 millisində çıxış etmiş futbolçu "Qəbələ"nin yetirməsidir. Kamal AZAL, "Sumqayıt" və "Zirə" klublarının da formasını geyinib.