İstirahətsiz işləyən avtobus sürücüləri: Kimdir günahkar? - VİDEO
"Bəzi şirkətlərin birmənalı qoyduğu tələb odur ki, axşam mənim planımı gətir ver. Başqa bir tələb yoxdur"

Hər bir daşıyıcının qarşısında duran vəzifə təkcə sərnişin daşımaqdan ibarət deyil. Bunlarla yanaşı sürücülərin gümrah və sağlam formada sükan arxaşına əyləşməsi də vacibdir. Amma di gəl ki, bu şərtləri kağız üzərində qəbul edən daşıyıcı kifayət qədərdir.

Yol-xeber.az bildirir ki, ARB TV-nin "Günə Doğru" proqramında mövzu ilə bağlı maraqlı süjet hazırlanıb.

Elməddin Muradlı - Ekspert: "Onların gün ərzində iş rejimi, istirahət vaxtı bəlli deyil. 6-da yuxudan durub xəttə çıxmalıdırsa, bu, gecə 12-yə kimi, təbii ki, işləyə bilməz. Bu haradasa istirahət etməlidir, əvəzlənməlidir".

 

Sürücü: "Əvəzləyicimiz olur, mən gedəndən sonra ortağım gəlib mənim növbəmi dəyişəcək".

Həftənin ən azı 3, hətta 5 günün 16-17 saat işləyən sürücədən hansı halda etik davranış, təhülkəsiz xidmət gözləmək olar? Onun sükan arxasında halı da pisləşə bilər, bir anlıq yuxuya da gedə bilər.

Asif İbrahimov - Mütəxəssis: "İş saatlarının həddindən artıq olması bu sahədə fəsadlara çıxara bilər. Yol Nəqliyyat Təhlükəsizliyi haqqında beynəlxalq standartı tətbiq etdikdə bu kimi halları da nəzərə alırıq".

Elməddin Muradlı - Ekspert: "Nəticə ondan ibarətdir ki, onlar insan həyatı ilə oynaya bilər. Sürücüdən də tələb ondan ibarətdir ki, bəzi şirkətlərin birmənalı qoyduğu tələb odur ki, axşam mənim planımı gətir ver. Başqa bir tələb yoxdur".

Nazirlər Kabinetinin qəbul etdiyi 73 saylı qərarda sürücülərə həftə ərzində 40 saat iş norması qoyulsa da, əksər daşıyıcılar sürücüləri 60-70 saat işləməyə məcbur edir.

Mais Ağayev - BNA-nın mətbuat katibi: "Hər bir daşıyıcı qarşısında həm yazılı, həm də şifahi olaraq bir şərt qoymuşuq. Amma təəssüflər olsun ki, hələ də bu işdə bir nəticə əldə etmək mümkün olmayıb".

Hazırda kart sistemi ilə işləyən barmaqla sayılacaq qədər daşıyıcı bu qaydalara əməl edir.

İbrahim Quliyev - Daşıyıcı şirkətin rəsmisi: "Bizim hər maşına iki sürücümüz var. Əlavə 1 rezerv sürücü də qalır".

Bakı Nəqliyyat Agentliyi paytaxt üzrə kart sisteminin tam tətbiqi ilə bu neqativ halın da aradan qalxacağını deyir. Bu isə çox da uzaqda deyil. Cəmi bir, iki ay...

 

06 May 2025 İllərdir “sağlam deyil” deyilən qidaya Canan Karataydan dəstək: "Çox faydalıdır"
03 May 2025 Bu xəbərdən sonra toyuq əti yeməyəcəksiniz
02 May 2025 Uşaq ancaq “abur cubur” qidalarla böyüyür – Həkimlər həyəcan təbili çalır
02 May 2025 Azərbaycan vətəndaşları xarici ölkələrə hansı məqsədlə gediblər? – Siyahı
01 May 2025 Mayda niyə toy etmirlər - köhnə inanclar, əsassız adətlər
28 Aprel 2025 Elektron siqaretlər ağciyərləri necə məhv edir? – Onkoloqdan xəbərdarlıq
25 Aprel 2025 Gəlini aparmağa traktorlarla gəldilər - Fotolar
21 Aprel 2025 Xərçəngin müalicəsində yeni bitki - Şöhrəti ABŞ-yə qədər yayıldı
17 Aprel 2025 Betona yeni alternativ: Dəniz suyu və CO₂ ilə hazırlanan inqilabi material
14 Aprel 2025 Süni intellekt qətl və qurbanları qabaqcadan müəyyən edəcək - Yenilik
14 Aprel 2025 Sudan sonra insan sağlamlığı üçün ən faydalı içki açıqlandı
08 Aprel 2025 Paket çaylar barədə gerçək - kif, bakteriya, daha nələr...
04 Aprel 2025 Aprel döyüşlərinin şəhidi "Mixaylo" - Ərdoğan onu "Azərbaycanın aslanı" adlandırmışdı - VİDEO
21 Mart 2025 Fərid Qayıbov xanımı ilə Bakı-Qəbələ qatarında - Fotolar
12 Mart 2025 Bu vərdiş 100 siqaret çəkməyə bərabərdir - Həkimdən xəbərdarlıq
13 Yanvar 2025 İnsan süni intellektə qarşı uşaq kimi müdafiəsiz qalacaq - Alimdən mühüm xəbərdarlıq
03 Yanvar 2025 Vahid Ələkbərovun 2024-cü ildəki qazancı açıqlandı
16 Dekabr 2024 Qışda “marojna”
12 Dekabr 2024 Heç vaxt yadımızdan çıxmayacaq - 2024-də nələr yaşandı?
05 Dekabr 2024 Süni intellekt insanı öldürə bilər?

Xəbər lenti