Sürücülər bu nişanların fərqini hələ də bilmir: ÖYRƏNƏK
Qanuna riayət etsəniz, sizi heç kim məsuliyyətə cəlb etməyəcək

Sürücülərin böyük əksəriyyəti dayanma və durmanı qadağan edən nişanların mənasını hələ də bilmir. Son zamanlar Bakı Nəqliyyat Agentliyinin əməkdaşları tərəfindən dayanma durma və parklanma qaydasını pozan sürücülərə qarşı tərtib olunan qərarlardan sürücülər şikayətlənirlər. Onların şikayətini araşdırdıqda isə məlum olur ki, haqlı olaraq məsuliyyətə cəlb olunublar.

Dayanma və durmanı qadağan edən 3.27 nişanı və yalnız durmanı qadağan edən 3.28 nişanının tələbləri nədən ibarət olduğu barədə məlumat verəcəyik. 3.27 nişanı həm dayanmanı, həm də durmanı qadağan edir. Yəni bu nişanın təsir sahəsində nəqliyyat vasitəsinin hərəkət sürətini 0 kilometr saat sürətə salıb dayanmaq olmaz (məcburi dayanma istisna olmaqla). 3.28 durmaq qadağandır nişanının tələbi isə fərqlidir. Bu nişanın təsir sahəsində dayanaraq sərnişinləri mindirməyə və ya düşürməyə, yaxud yüklərin yığılması və ya boşaldılmasına icazə verilir. Sürücülər bir çox hallarda bu nişanın təsir sahəsində bir neçə dəqiqə gözləyərək sərnişin mindirəcəyini bildirir və ya avtomobili saxlayaraq qısa müddətli hansısa bir işin arxasıyca gedir. Bu birmənalı olaraq qadağandır. 3.28 nişanının təsir sahəsində adamların mindirilməsi və ya düşürülməsi, yaxud yüklərin yığılması və ya boşaldılması  ən qısa zamanda baş verməlidir. Əgər sürücü dayanaraq sərnişinin gəlməsini gözləyirsə, deməli nəqliyyat vasitəsi dayanmış yox durmuş hesab olunur. Belə vəziyyətdə isə sürücülər düzgün şəkildə məsuliyyətə cəlb edilir. Sürücülər bəzən elə düşünürlər ki, 3.28 nişanının təsir sahəsində avtomobildə əyləşib gözləyirlərsə (avtomobili tərk etməyiblərsə) qayda pozmamış hesab olunurlar. Bu kökündən yanlış fikirdir. 

Sürücülərə tövsiyə edirik ki, dayanma durma və parklanma qaydasını pozmasınlar. Qanuna riayət etdikləri halda onları heç kim məsuliyyətə cəlb etməyəcək.



21 Aprel 2025 Xərçəngin müalicəsində yeni bitki - Şöhrəti ABŞ-yə qədər yayıldı
17 Aprel 2025 Betona yeni alternativ: Dəniz suyu və CO₂ ilə hazırlanan inqilabi material
14 Aprel 2025 Süni intellekt qətl və qurbanları qabaqcadan müəyyən edəcək - Yenilik
14 Aprel 2025 Sudan sonra insan sağlamlığı üçün ən faydalı içki açıqlandı
08 Aprel 2025 Paket çaylar barədə gerçək - kif, bakteriya, daha nələr...
04 Aprel 2025 Aprel döyüşlərinin şəhidi "Mixaylo" - Ərdoğan onu "Azərbaycanın aslanı" adlandırmışdı - VİDEO
21 Mart 2025 Fərid Qayıbov xanımı ilə Bakı-Qəbələ qatarında - Fotolar
12 Mart 2025 Bu vərdiş 100 siqaret çəkməyə bərabərdir - Həkimdən xəbərdarlıq
13 Yanvar 2025 İnsan süni intellektə qarşı uşaq kimi müdafiəsiz qalacaq - Alimdən mühüm xəbərdarlıq
03 Yanvar 2025 Vahid Ələkbərovun 2024-cü ildəki qazancı açıqlandı
16 Dekabr 2024 Qışda “marojna”
12 Dekabr 2024 Heç vaxt yadımızdan çıxmayacaq - 2024-də nələr yaşandı?
05 Dekabr 2024 Süni intellekt insanı öldürə bilər?
23 Noyabr 2024 Ağciyəriniz pambıq kimi yumşalacaq, öskürəyiniz dayanacaq
22 Noyabr 2024 Evdə dərman saxlayarkən bunlara DİQQƏT edin, yoxsa zəhər olar…
21 Noyabr 2024 Onlayn alış-verişdə aldanmamaq üçün nə etməli - fırıldaq, yoxsa alıcı diqqətsizliyi...
20 Noyabr 2024 Yarpaq dolmasını qatıqla yeyənlərə xəbərdarlıq
16 Noyabr 2024 Xərçəngin qarşısını alır, 10 il cavanlaşdırır
14 Noyabr 2024 Dubay şokoladı yeyən atanın qiyməti eşidəndə verdiyi reaksiya gündəm oldu - VİDEO
12 Noyabr 2024 Həkim ağ çörəkdən imtina məsələsinə NÖQTƏ QOYDU

Xəbər lenti