Həm qayda pozur, həm də "danq-danq" siqnal verir - VİDEO
10-AS-988 nömrəli avtomobilin sürücüsü belə təhlükə yaradır

Bakı-Sumqayıt yolunda yol hərəkəti qaydasını pozan və qadağan olunmuş səs siqnalından istifadə edən sürücü kameraya düşüb. Yol-xeber.az xəbərinə görə  videodan aydın şəkildə görünür ki, yanacaq doldurma məntəqəsindən hərəkətə başlamaq üçün iki zolaq təşkil edilib. Sol zolaqdan hərəkətə başlamaq istəyən 10-AS-988 qeydiyyat nişanlı “Hyundai Sonata” markalı avtomobilin sürücüsü baş yolun boş olmasına baxmayaraq dayanır. Sağ zolaqdakı avtomobil isə onun hərəkətə başlamasının gecikdiyini görüb öz zolağı ilə baş yola çıxır. Bu zaman 10-AS-988 qeydiyyat nişanlı avtomobil qadağan edilmiş səs siqnalından istifadə edərək öz etirazını bilidirib. Dövlətə məxsus olan avtomobili idarə edən sürücü bir neçə qaydanı kobud şəkildə pozub. Qeyd etdiyimiz sürücü biraz qarşıda yenə də qadağan olunmuş səs siqnalından istifadə edərək həmin sürücüyə haqsız etirazını bildirib.

10-AS-988 qeydiyyat nişanlı avtomobilin sürücüsü sağa dönərkən yol hərəkəti haqqında qanunun 42- ci maddəsinin I hissəsinin tələbini pozaraq dönmə işığını yandırmayıb (Sürücü hərəkətə başlamazdan əvvəl dönmə işıqlarından istifadə etməlidir), 42-ci maddənin X hissəsinin tələbini pozaraq sağ zolaqdakı avtomobili sıxışdırıb (Nəqliyyat vasitələrinin hərəkət trayektoriyaları kəsişdikdə  sağ tərəfdən hərəkət edən nəqliyyat vasitəsinə yol verməlidir. Sürücü avtomobilə  74- cü maddənin IV hissəsinin tələbini pozaraq çoxavazlı səs siqnalı da quraşdırıb (Dövlət standartları ilə müəyyən edilmiş rəng qrafikası sxemlərindən və rənglərin birləşdirilməsindən, habelə avazı dəyişən çoxavazlı siqnallardan digər nəqliyyat vasitələrinin istifadə etməsi qadağandır).

 

21 Aprel 2025 Xərçəngin müalicəsində yeni bitki - Şöhrəti ABŞ-yə qədər yayıldı
17 Aprel 2025 Betona yeni alternativ: Dəniz suyu və CO₂ ilə hazırlanan inqilabi material
14 Aprel 2025 Süni intellekt qətl və qurbanları qabaqcadan müəyyən edəcək - Yenilik
14 Aprel 2025 Sudan sonra insan sağlamlığı üçün ən faydalı içki açıqlandı
08 Aprel 2025 Paket çaylar barədə gerçək - kif, bakteriya, daha nələr...
04 Aprel 2025 Aprel döyüşlərinin şəhidi "Mixaylo" - Ərdoğan onu "Azərbaycanın aslanı" adlandırmışdı - VİDEO
21 Mart 2025 Fərid Qayıbov xanımı ilə Bakı-Qəbələ qatarında - Fotolar
12 Mart 2025 Bu vərdiş 100 siqaret çəkməyə bərabərdir - Həkimdən xəbərdarlıq
13 Yanvar 2025 İnsan süni intellektə qarşı uşaq kimi müdafiəsiz qalacaq - Alimdən mühüm xəbərdarlıq
03 Yanvar 2025 Vahid Ələkbərovun 2024-cü ildəki qazancı açıqlandı
16 Dekabr 2024 Qışda “marojna”
12 Dekabr 2024 Heç vaxt yadımızdan çıxmayacaq - 2024-də nələr yaşandı?
05 Dekabr 2024 Süni intellekt insanı öldürə bilər?
23 Noyabr 2024 Ağciyəriniz pambıq kimi yumşalacaq, öskürəyiniz dayanacaq
22 Noyabr 2024 Evdə dərman saxlayarkən bunlara DİQQƏT edin, yoxsa zəhər olar…
21 Noyabr 2024 Onlayn alış-verişdə aldanmamaq üçün nə etməli - fırıldaq, yoxsa alıcı diqqətsizliyi...
20 Noyabr 2024 Yarpaq dolmasını qatıqla yeyənlərə xəbərdarlıq
16 Noyabr 2024 Xərçəngin qarşısını alır, 10 il cavanlaşdırır
14 Noyabr 2024 Dubay şokoladı yeyən atanın qiyməti eşidəndə verdiyi reaksiya gündəm oldu - VİDEO
12 Noyabr 2024 Həkim ağ çörəkdən imtina məsələsinə NÖQTƏ QOYDU

Xəbər lenti