Avtomobil deyib keçməyin - Bunlar bütöv bir ölkəni çökdürə bilərlər
"Keşikçi" sistemi hətta ölkənin milli təhlükəsizliyini sarsıtmaq üçün istifadə edilə bilər

Norveç yeni "F-35" döyüş təyyarələrinin saxlanıldığı Orland aviabazasının əməkdaşlarına "Tesla" şirkətinin avtomobillərini müəyyən ərazilərdə sürməyə qadağan edib. Yol-xeber.az xəbər verir ki, bu barədə Sputnik Azərbaycan Norveçin Milli Teleradio Şirkətinə istinadən xəbər verir ki, norveçli hərbçilər bu qərarı milli təhlükəsizliyi təmin etmək üçün qəbul ediblər.

Məlumata görə, qərarın qəbul edilməsinə "Tesla" avtomobillərində quraşdırılmış "Keşikçi" (Sentry) rejimi olub. Bu sistem avtomobilə quraşdırılmış kameralar vasitəsilə davamlı olaraq ətrafı nəzarətdə saxlayır, vəziyyəti videogörüntüyə alır, bununla da avtomobili oğurlanmaqdan və ya vandalizmdən qoruyur.

Məsələn, dekabrın 6-da yayılmış xəbərə görə, "Keşikçi" rejimi Kaliforniya polisinə dayanacaqlardan birində avtomobillərin təkərlərini deşən vandalı tutmağa kömək edib. Məlumata görə, vandalın cinayətkar hərəkəti, eləcə də onun üzü "Tesla" avtomobilinin kamerasının obyektivinə düşüb. Videogörüntü avtomobilin sahibi tərəfindən "YouTube"da yerləşdirilib.

 

Lakin, mülki hüquq ekspertləri hesab edirlər ki, "Tesla"nın bu yeni sistemi şəxsi həyatın məxfiliyi üçün müəyyən problemlər yaradır.

Norveç hərbçiləri isə ehtiyat edirlər ki, "Keşikçi" sistemi hətta ölkənin milli təhlükəsizliyini sarsıtmaq üçün istifadə edilə bilər. "Məsələ cəmiyyətin təhlükəsizliyi ilə bağlıdır. Videogörüntülər avtomobildə saxlanılsa problem olmazdı, lakin onlar kənarda, böyük bir "bulud"da saxlanılırsa bu bizi narahat edir", - Orland aviabazasının komandir müavini və qərargah rəisi Mixael Baas Bottenvik-Hartman Norveçin Milli Teleradio Şirkətinə deyib.

Onun sözlərinə görə, kiminsə əlinə kifayət qədər foto və videogörüntülərin düşməsi nəticəsində aviabazanın fəaliyyəti və əməliyyatları barədə informasiya ötürülə bilər.

Nəticədə Orland aviabazasının əməkdaşlarına bir sıra qadağalar qoyulub. Məsələn, "Tesla" avtomobillərinin darvazalar daxilində hərəkəti, eləcə də müəyyən ərazilərdə saxlanılması qadağan edilib. "Tesla" şirkəti isə cavab olaraq bildirib ki, "Keşikçi" rejimi arzu edilən zaman asanlıqla söndürülə, görüntülər isə avtomobilin içində "USB" cihazda saxlanıla bilər.

21 Aprel 2025 Xərçəngin müalicəsində yeni bitki - Şöhrəti ABŞ-yə qədər yayıldı
17 Aprel 2025 Betona yeni alternativ: Dəniz suyu və CO₂ ilə hazırlanan inqilabi material
14 Aprel 2025 Süni intellekt qətl və qurbanları qabaqcadan müəyyən edəcək - Yenilik
14 Aprel 2025 Sudan sonra insan sağlamlığı üçün ən faydalı içki açıqlandı
08 Aprel 2025 Paket çaylar barədə gerçək - kif, bakteriya, daha nələr...
04 Aprel 2025 Aprel döyüşlərinin şəhidi "Mixaylo" - Ərdoğan onu "Azərbaycanın aslanı" adlandırmışdı - VİDEO
21 Mart 2025 Fərid Qayıbov xanımı ilə Bakı-Qəbələ qatarında - Fotolar
12 Mart 2025 Bu vərdiş 100 siqaret çəkməyə bərabərdir - Həkimdən xəbərdarlıq
13 Yanvar 2025 İnsan süni intellektə qarşı uşaq kimi müdafiəsiz qalacaq - Alimdən mühüm xəbərdarlıq
03 Yanvar 2025 Vahid Ələkbərovun 2024-cü ildəki qazancı açıqlandı
16 Dekabr 2024 Qışda “marojna”
12 Dekabr 2024 Heç vaxt yadımızdan çıxmayacaq - 2024-də nələr yaşandı?
05 Dekabr 2024 Süni intellekt insanı öldürə bilər?
23 Noyabr 2024 Ağciyəriniz pambıq kimi yumşalacaq, öskürəyiniz dayanacaq
22 Noyabr 2024 Evdə dərman saxlayarkən bunlara DİQQƏT edin, yoxsa zəhər olar…
21 Noyabr 2024 Onlayn alış-verişdə aldanmamaq üçün nə etməli - fırıldaq, yoxsa alıcı diqqətsizliyi...
20 Noyabr 2024 Yarpaq dolmasını qatıqla yeyənlərə xəbərdarlıq
16 Noyabr 2024 Xərçəngin qarşısını alır, 10 il cavanlaşdırır
14 Noyabr 2024 Dubay şokoladı yeyən atanın qiyməti eşidəndə verdiyi reaksiya gündəm oldu - VİDEO
12 Noyabr 2024 Həkim ağ çörəkdən imtina məsələsinə NÖQTƏ QOYDU

Xəbər lenti