Avtoxuliqanların nəzərinə:                    Yol polisi sizi hər yerdə izləyir
Elməddin Muradlı: "Gec-tez qanun qarşısında cavab verməli olacaqsınız"

Son günlər ölkədə tətbiq olunan xüsusi karantin rejimindən istifadə etməyə çalışan bəzi sürücülər avtoxuliqanlıq etməyə cəhd göstərir və öz görüntülərini sosial şəbəkələrdə yaymaqla guya "qəhrəmanlıq" nümayiş etdirirlər. Əslində isə onların bir neçəsi artıq yol polisi tərəfindən saxlanılıb və barələrində inzibati tənbeh tədbirləri görülüb. Bəziləri həbs olunub, bəziləri məhkəmə tərəfindən maddi cərimə ilə cəzalandırıb. Nəqliyyat eksperti Elməddin Muradlı Yol-xeber.az-a bildirib ki, bu gün sürücülər hər cür fürsətden yararlanmağa çalışır və yol hərəkəti qaydalarını pozmaqla  öz  məqsədlərinə  çatmağı düşünürlər. "Bu əməllər heç də həmişə yaxşı nəticə vermir, əksər hallarda yol polisi əməkdaşları onları dərhal saxlayır və inzibati məsuliyyətə cəlb edir."

 

Elməddin Muradlı bildirib ki, yaranmış  vəziyyətlə əlaqədar yollarda avtomobillərin sayı azalıb, bəzi küçə və prospektlər boşalıb hərəkət intensivliyi müşahidə olunmur. "Bəzi sürücülər bundan istifadə etməklə avtoxuliqanlıq etməyə çalışırlar və unudurlar ki, yol polisi karantin postlarında  xidmətə cəlb olunsa da gündəlik iş rejimində davam etdirir. Təhlükəsiz şəhər  kameraları vasitəsilə, eləcə də  patrul avtomobili ilə xidmət aparan yol polisləri onların hərəkətinin qarşısını alır. Son günlər bir neçə belə fakt aşkarlanıb. Bakı şəhər ərazisində avtoxuliqanlığa cəhd göstərən  şəxslərdə aşkar edilərək saxlanılıb. Ekspert deyir ki, belələrinin sayı çox olmasa da təəssüflər olsun ki, bu cür hallar aşkarlanır. "Amma cəzasız qalmırlar . Ona görə tövsiyə edirik ki, yeniyetmələr, gənc sürücülər, avtoxuliqanlığa meylli olan şəxslər bu əməllərindən çəkinsinlər və belə bir fikrə düşməsinlər. Çünki hadisə yerindən yayınsalar belə onsuz da yol polisi onları tapır  və hər biri qanun qarşısında cavab verməli olurlar."

Xəbər lenti