Bakı metropolitenində daha bir əhəmiyyətli sosial layihə həyata keçiriləcək.

 

Bakı Metropoliteni QSC-dən Axar.az-a verilən məlumata görə, layihə Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin 160 illik yubileyi münasibətilə keçriiləcək. Bununla əlaqədar metropolitenin "Gənclik" stansiyasının keçidlərində fotosərgi təşkil ediləcək. Stansiya keçidlərindən istifadə edən paytaxt sakinləri və şəhərimizin qonaqları, metro sərnişinləri, eləcə də mövzu ilə maraqlanan hər kəs Xəzər sularında gəmiçiliyin inkişaf tarixinə virtual səyahətə çıxmaq fürsəti əldə edəcəklər.

Ümumilikdə, Xəzərdə Azərbaycan gəmiçiliyinin salnaməsini canlandıran, müxtəlif dövrləri əhatə edən 90 fotodan ibarət sərgi sentyabrın 10-da açılacaq və bir neçə ay davam edəcək.

Xəbər lenti