Sentyabrın 15-də Bakının bolşevik-daşnak silahlı birləşmələrindən azad edilməsinin 100 illiyi münasibətilə parad Neftçilər prospektində, yəni Azadlıq meydanında baş tutacaq.

Buna görə də Azadlıq meydanı-Neftçilər prospekti istiqamətində kəsişən əksər küçə və prospektlərdə avtomobillərin hərəkət istiqaməti dəyişdiriləcək.

Bu sözləri Axar.az-a açıqlamasında Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin bölmə rəisi, polkovnik Vaqif Əsədov deyib. O bildirib ki, paradla əlaqədar olaraq, yol polisi əməkdaşları gücləndirilmiş iş rejimində çalışacaq:

“Həmin ərazilərdə təhlükəsizlik tədbirləri görmək üçün əməkdaşlarımız xidmət aparacaq. Bunun üçün bütün şəxsi heyət səfərbər ediləcək. Sürücülərə avtomobillərin hərəkəti məhdudlaşdırılan küçə və yolların adları ilə yanaşı, hansı alternativ yollardan istifadə edilməsi ilə bağlı ətraflı məlumat sabah veriləcək”.

Qeyd edək ki, sentyabrın 15-də Bakının bolşevik-daşnak silahlı birləşmələrindən azad edilməsinin 100 illiyi münasibətilə hərbi parad keçiriləcək.

Xəbər lenti