|
"Yol-xeber.az" xəbər verir ki, Vətəndaşların gediş-gəlişində xüsusən payız-qış mövsümündə yaranan problemlərin aradan qaldırılması istiqamətində Bakı şəhəri və onun qəsəbələrində icra olunan tədbirlər Səbail rayonunu da əhatə edir.
2022-ci ilin “İnvestisiya Proqramı”na əsasən rayonun Badamdar qəsəbəsində Tofiq Məmmədov küçəsində aparılan təmir işləri yekunlaşmaq üzrədir.
560 metr uzunluğa malik olan Tofiq Məmmədov küçəsinin eni ortalama 9.5 metr təşkil edir.
Təmir işləri çərçivəsində küçənin köhnə afalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb, mövcud piyada səkilərinin bərpası, zəruri yerlərdə yenilərinin inşası, kənarlarına isə yeni səki daşlarının düzülməsi işləri icra olunub.
Hazırda küçəyə yeni asfalt-beton örtüyünün döşənməsi işləri icra olunur.
Layihənin sonuncu mərhələsində yeraltı kommunikasiya xətlərinin baxış qapaqlarının yenilənməsi və layihə hündürlüyünə qaldırılması işləri aparılacaq, avtonəqliyyat vasitələrinin normal hərəkətinin təşkili üçün yolcizgi və yolgöstərici xətlər çəkilməklə müasir yol infrastrukturu yaradılıb vətəndaşların istifadəsinə veriləcək.
Qeyd edək ki, 2021-ci ilin “İnvestisiya Proqramı”na əsasən Səbail rayonu üzrə ümumilikdə 9 km-ə yaxın küçədə təmir işləri aparılıb. Cari ildə isə rayon üzrə ümumi uzunluğu 5 km təşkil edən küçələrin təmiri işləri icra olunur.
YOLUNUZ AÇIQ OLSUN...