|
2018-ci ilin yanvar-avqust aylarında dəniz nəqliyyatı ilə daşınmış yüklərin həcmi 5 milyon 559,7 min ton təşkil edib və əvvəlki ilin müvafiq dövrünə nisbətən 4,3 faiz artıb. Yüklərin 54,1 faizini neft məhsulları təşkil edib.
Dövlət Statistika Komitəsinin hesablamalarına görə, dəniz limanlarında 6 milyon 508,9 min ton həcmində yükləmə-boşaltma işləri həyata keçirilib və yüklərin 6 milyon 164,0 min tonunu və ya 94,7 faizini tranzit mallar təşkil edib. Cari il sentyabrın 1-i vəziyyətinə limanlarda qalan yüklərin həcmi 153,6 min ton olub.
Sözügedən dövr ərzində bu nəqliyyat növü ilə daşınmış sərnişinlərin sayı 2017-ci ilin müvafiq dövrünə nisbətən 14,2 faiz azalaraq 10,9 min nəfər olub.