IX Azərbaycan-Rusiya Regionlararası Forumunda nəqliyyat əlaqələri diqqət mərkəzində olub
Sentyabrın 27-də Bakıda, Heydər Əliyev Mərkəzində IX Azərbaycan-Rusiya Regionlararası Forumu işinə başlayıb. 
Azərbaycanın İqtisadiyyat Nazirliyi və Rusiyanın İqtisadi İnkişaf Nazirliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə dövlət qurumlarının, parlamentlərin, icra hakimiyyəti orqanlarının nümayəndələri, sahibkarlar və mətbuat işçiləri iştirak edirlər.
Forum çərçivəsində “Nəqliyyat və tranzit yükdaşımalar sahəsində əlaqələrin möhkəmləndirilməsi” mövzusunda təşkil edilən dəyirmi masada, hər iki ölkənin nəqliyyat sektoruna aid dövlət qurumlar və şirkətlərin rəhbərləri, o cümlədən “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov və “Rusiya Dəmir Yolları” ASC-nin baş direktorunun birinci müavini Aleksandr Mişarin iştirak ediblər. Tədbir iştirakçıları nəqliyyat sahəsində əlaqələrin genişləndirilməsi yolları, Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi çərçivəsində tranzit yükdaşımaların inkişaf perspektivləri və digər mühüm məsələləri müzakirə ediblər. 
Azərbaycan-Rusiya dəmir yolları arasındakı əməkdaşlıq, Bakı-Yalama dəmir yolunun rekonstruksiyası, Bakı-Astara dəmir yolunun yenilənməsi və Azərbaycan-İran dəmir yollarının birləşdirilməsi istiqamətində aparılan işlər haqqında danışılan dəyirmi masada, iki ölkə arasında dəmir yolu sahəsində əməkdaşlığın perspektivləri və hazırki durumu qənaətbəxş hesab edilib.

ADY Container LLC / ADY Konteyner MMC adlı şəxsin şəkli.
ADY Container LLC / ADY Konteyner MMC adlı şəxsin şəkli.
 
 

Xəbər lenti