7 marşrut xətti müsabiqəyə çıxarıldı

 

Sərnişindaşımada keyfiyyətin artırılması məqsədi ilə 7 marşrut xətti müsabiqəyə çıxarılıb.

Bakı Nəqliyyat Agentliyindən daxil olan məlumata görə, bunlar 6, 38, 81, 85, 119, 135 və 165 nömrəli müntəzəm marşrutlardır. 

 

Qeyd edək ki, Bakı şəhərinin inzibati ərazisində fəaliyyət göstərən bütün müntəzəm marşrut xətlərinin müsabiqəyə çıxarılması nəzərdə tutulub. Məqsəd, “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli 52 nömrəli Qərarı”nın müvafiq tələbinin icrasını təmin etməkdir. 

Müsabiqədə iştirak etmək istəyənlər Bakı Nəqliyyat Agentliyinə müraciət edə bilərlər.

Xəbər lenti