|
Bakıd Zaqulba yolu ilə Bilgəh qəsəbəsi istiqamətində hərəkətdə olan “10-TH-113” dövlət qeydiyyat nişanlı 171 saylı sərnişin avtobusu qarşıda gedən “90-DN-376” dövlət qeydiyyat nişanlı “Mercedes”lə toqquşub.
hadisə nəticəsində “Mercedes”in 1994-cü il təvəllüdlü sürücüsü Sarıyev Mərhəmət Məhəmməd oğlu xəsarət alıb.
Hadisədən dərhal sonra 3 saylı Şəhər Klinik Xəstəxanasına aparılan M.Sarıyevə ilkin tibbi yardım göstərildikdən sonra o, evə buraxılıb.
Məlumata görə, o, Milli Aviasiya Akademiyasını bitirib və hazırda bu sahə üzrə işləyir.
Avtobus sürücüsünün bildirdiyinə görə, qarşısında hərəkətdə olan “Mercedes” markalı minik maşınının sürücüsü sükan arxasında yatmış vəziyyətdə olub və qəza bu səbəbdən baş verib.
Faktla bağlı araşdırma aparılır.