|
Bərdə rayonunda baş verən dəhşətli yol qəzasında ölənlərin şəxsiyyəti məlum olub.
Trend-in məlumatına görə, hadisə Goranboy rayonunun Dəliməmmədli kənd sakini Vəliyev Azər Məmməd oğlunun idarə etdiyi "VAZ-21011" markalı 22-BM-803 dövlət nömrə nişanlı avtomobillə Goranboy rayon sakini Nuriyev Raqib Səxavət oğlunun idarə etdiyi "HOVO" markalı 04-BN-914 markalı yük maşını ilə toqquşması nəticəsində baş verib.
Hadisə nəticəsində "VAZ-21011" markalı avtomobilin sürücüsü Azər Vəliyev və sərnişinləri 1950-ci il təvəllüdlü Rəcəbəliyeva Zeynəb Əbdülkərim qızı, 1970-ci il təvəllüdlü Rəcəbəliyeva Rəna Əli qızı və 2005-ci il təvəllüdlü Vəliyev Rəvan Azər oğlu hadisə yerində keçiniblər.
Faktla bağlı Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsində Cinayət Məcəlləsinin 263.3-cü (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsilə cinayət işi başlanıb