|
Oktyabrın 2-3-də, İran İslam Respublikasının paytaxtı Tehranda, Dəmir Yollarının Əməkdaşlıq Təşkilatının XI konfransı keçirilib. “ADY Konteyner” MMC-nin İrandakı nümayəndəliyi əməkdaşlarının da qatıldığı tədbir beynəlxalq yükdaşımalara həsr olunub. Konfransda Çin, Rusiya, Şərqi Avropa və bir sıra Asiya dövlətlərinin dəmir yolları təşkilatlarının rəhbərləri iştirak ediblər. Asiya və Sakit Okean regionu ölkələrinin Avropaya yük göndərmək potensialı, konteyner yüklərinin daşınması təcrübəsinin paylaşması, yükdaşımalarda yeni texnologiyaların tətbiqi kimi məsələlər müzakirə edilib. Konfransda, həmçinin Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin formalaşması istiqamətində atılan addımlar, iştirakçı ölkələrin potensialı və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Tədbirdə Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin tərkib hissəsi olan Qəzvin-Rəşt-Astara(İran)-Astara(Azərbaycan) dəmir yolunun Rəşt-Astar hissəsində tikinti prosesinin gedişi də müzakirə olunub.
Qeyd etmək lazımdır ki, Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi Cənub-Şərqi Asiya dövlətlərini Avropa ölkələri ilə əlaqələndirəcək. Cənub-Şərqi Asiya ölkələrindən yüklər İranın Sakit Okean sahilindəki Çabaha və Fars Körfəzindəki Bəndər-Abass limanlarına buradan isə dəmir yolu ilə Azərbaycan üzərindən Rusiya və Avropa ölkələrinə daşınacaq.