|
“Azərbaycan Respublikasının Dövlət bayrağı altında üzən gəmilərin dövlət qeydiyyatı və dövlət reyestrinin aparılması, habelə gəmilərin standartlara uyğunluğunun yoxlanması, dəniz üzgüçülüyünün təhlükəsizliyi və liman nəzarətinin həyata keçirilməsinin təkmilləşdirilməsi ilə bağlı işlər aparılmaqdadır”.
Bu barədə prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə məlumat verib.
O bildirib ki, 2017-2018-ci illərdə hava, avtomobil, su, dəmir yolu nəqliyyatı sahəsində 12 ölkə ilə 15 Saziş və Memorandum imzalanıb.
Nazirin sözlərinə görə, beynəlxalq sərnişindaşıma ilə bağlı 25 istiqamət üzrə müntəzəm beynəlxalq marşrut rəsmiləşdirilib.
R.Quluzadə həmçinin qeyd edib ki, avtomobil nəqliyyatı sahəsində sərnişin və yükdaşımalar üzrə tənzimlənmə mexanizmlərinin təkmilləşdirilməsi ilə bağlı təkliflər hazırlanaraq aidiyyəti üzrə təqdim edilib. “Ümumilikdə nəqliyyat sektoru üzrə artım tempi ötən 9 ay ərzində 1.3% olub.