“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətində 13 oktyabr - Dəmir yolu işçilərinin peşə bayramı gününə həsr olunan təntənəli yığıncaq keçirilib.
Dəmiryolçular öncə Fəxri Xiyabanda ulu öndər Heydər Əliyevin, görkəmli oftalmoloq-alim Zərifə xanım Əliyavanın, Şəhidlər Xiyabanında uyuyan şəhidlərimizin məzarlarını ziyarət ediblər.
"Azərbaycan Dəmir Yollan" QSC-də keçirilən tədbirdə sədr Cavid Qurbanov tədbir iştirakçılarını dəmir yolu işçilərinin peşə bayramı günü münasibətilə təbrik edib.
Sonra "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin bir qrup əməkdaşının ali dövlət mükafatları ilə təltif edilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı sərəncamlar oxunub.
Cavid Qurbanov bildirib ki, Azərbaycanda dəmir yolunun təməli 1878-ci ildə qoyulub və inşası 1880-ci ildə başa çatıb. Uzunluğu cəmi 20 km olan Bakı-Suraxanı-Sabunçu dəmir yolundan ibarət olub. Həmin dövrdən başlayaraq dəmir yolu inkişaf edib və təkmilləşib.
Uzun müddət Zaqafqaziya dəmir yolunun tərkibində Bakı hissəsi kimi fəaliyyət göstərən Azərbaycan Dəmir Yolu 1955-ci il oktyabrın 3-də, SSRİ Nazirlər Sovetinin 1773 saylı qərarı ilə müstəqil dəmir yolu elan olunmuşdur. Azərbaycan SSR Nazirlər Sovetinin 13 oktyabr 1955-ci il 717 saylı qərarı ilə Azərbaycan dəmir yolu SSRİ Yollar Nazirliyinin tərkibində müstəqil dəmir yolu kimi fəaliyyətini davam etdirib. Prezident İlham Əliyev dəmir yolu işçilərinin peşə bayramı gününü təsis edərkən məhz bu tarixi əsas götürüb.

138 illik tarixə malik olan Azərbaycan polad magistralı çox əzəmətli fəaliyyət yolu keçirib. İstər çar Rusiyası, istərsə də Sovet hakimiyyəti dövründə Azərbaycan Dəmir Yolu daim inkişafda olub və ümummilli lider Heydər Əliyevin qayğı və diqqəti sayəsində keçən əsrin 70-90-cı illərində öz tərəqqisinin zirvəsinə çatıb. 1969-2003-cü illəri Azərbaycan Dövlət Dəmir Yolunun texniki tərəqqi və hərtərəfli inkişaf dövrü adlandırmaq olar. Məhz bu illərdə istehsalatda əsas fəaliyyətlə yanaşı, 14300 texniki yeniləşmə metodları tətbiq edilib və bunlar dəmir yolunun bütün sahələrini əhatə edib.
Toplantıda bir qrup dəmiryolçuya yeni mənzillərin açarları, “Fəxrı dəmiryolçu” döş nişanı və bayram hədiyyələri təqdim olunub.

ADY Container LLC / ADY Konteyner MMC adlı şəxsin şəkli.
ADY Container LLC / ADY Konteyner MMC adlı şəxsin şəkli.
ADY Container LLC / ADY Konteyner MMC adlı şəxsin şəkli.
ADY Container LLC / ADY Konteyner MMC adlı şəxsin şəkli.

Xəbər lenti