Yasamal rayonunda Miкayıl Müşfiq küçəsinin bir hissəsi təmir olunur VİDEO/FOTO

Yol-xeber.az" xəbər verir ki,   Vətəndaşların rahat gediş-gəlişinin təmin olunması istiqamətində  Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən kompleks tədbirlərin icrası davam edir. Bu çərçivədə hazırda təmir işləri Yasamal rayonu, Miкayıl Müşfiq küçəsində (İsmayıl bəy Qutqaşınlı  küçəsindən Mətbuat prospektinədək)  aparılır. 

Uzunluğu 810 metr təşkil edən sözügedən hissə üzrə hazırda frezlənmə işləri yerinə yetirilir.

“İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən sonda avtonəqliyyat vasitələrinin normal hərəkətinin təmin edilməsi üçün üfüqi nişanlanma xətlərinin çəkilişi və yeraltı kommunikasiya xətlərinin baxış qapaqlarının layihə hündürlüyünə qaldırılması işləri də icra olunacaq.

YOLUNUZ AÇIQ OLSUN...

Xəbər lenti