hikmet-haciyevden-baki-agdam-qatari-ile-bagli-paylasim

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “X” hesabında Bakı-Ağdam qatarı ilə bağlı paylaşım edib.

“Yol-xeber.az” xəbər verir ki, paylaşımda deyilir:

“Ağdam qatar stansiyası. Bakı-Ağdam qatarı platformaya gəlib”.

prezidente-tebrikler-gelir

Niderlandın Kralı Villem-Aleksandr Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Məktubda deyilir:

“Cənab Prezident.

Ölkənizin milli bayramı - 28 May - Müstəqillik Günü münasibətilə Zati-alinizi təbrik edirəm.

Bu bayram münasibətilə Azərbaycan xalqına daha firavan gələcək diləyir və ən xoş arzularımı çatdırıram”.

***

Seneqal Prezidenti Bassiru Diomaye Faye:

“Cənab Prezident.

Ölkənizin milli bayramı – 28 May - Müstəqillik Günü münasibətilə Sizə səmimi təbriklərimi çatdırmaqdan məmnunluq duyuram.

Sizə və dost Azərbaycan xalqına firavanlıq və davamlı tərəqqi diləyir, ən xoş arzularımı ifadə edirəm.

Bu xoş fürsətdən istifadə edərək, ölkələrimiz arasında dostluq münasibətlərinin möhkəmləndirilməsi üçün Sizinlə işləməyə hazır olduğumu bir daha vurğulayıram”.

Pezeşkian İlham Əliyevə məktub göndərdi

İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian Prezident İlham Əliyevə təbrik məktubu göndərib.

"Zati-aliləri.

Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Zati-alinizi və ölkənizin xalqını ürəkdən təbrik edirəm.

Dost və qonşu xalqlarımızın ortaq tarixi, onlar arasındakı qırılmaz bağlar ölkələrimizin münasibətlərinin inkişafı üçün qiymətli sərmayə yaratmışdır.

İran İslam Respublikası əlaqələri ortaq maraqlar çərçivəsində strateji tərəfdaşlıq səviyyəsinə qədər genişləndirmək və yüksəltmək əzmindədir, bu baxımdan nəqliyyat, elektrik enerjisi, təbii qaz ilə bağlı müxtəlif sahələrdə ortaq layihələrin tamamlanması işlərinin sürətləndirilməsinin, ticarət mübadiləsinin həcminin artırılmasının, insanlar arasında təmasların asanlaşdırılmasının önəm kəsb etdiyini vurğulayır.

İran İslam Respublikası ölkələrin ərazi bütövlüyünə hörmətlə yanaşmaqla regionda davamlı sülhün və təhlükəsizliyin bərqərar olmasında mühüm rol oynaya biləcək kommunikasiya yollarının açılacağına inanır.

Uca Allahdan Zati-alinizə möhkəm cansağlığı və müvəffəqiyyətlər, Azərbaycan xalqına isə səadət və xoş günlər arzulayıram".

 İlham Əliyev TDT-nin daxili işlər nazirlərini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 23-də Türk Dövlətləri Təşkilatının (TDT) daxili işlər nazirlərinin ikinci görüşünün iştirakçılarından ibarət nümayəndə heyətini qəbul edib.

Nümayəndə heyətinə Qazaxıstan Respublikasının daxili işlər naziri Erjan Sadenov, Qırğız Respublikasının daxili işlər naziri Ulan Niyazbekov, Türkiyə Respublikasının daxili işlər naziri Ali Yerlikaya, Özbəkistan Respublikasının daxili işlər naziri Aziz Taşpulatov, Şimali Kipr Türk Cümhuriyyətinin daxili işlər naziri Dursun Oğuz, Macarıstanın daxili işlər nazirinin müavini Bentse Retvari və Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyev daxildir.

 

 

 

 
İlham Əliyev: Ölkələrimizə xaricdən müdaxilə cəhdləri var və olacaq

Türk Dövlətləri Təşkilatına üzv ölkələrdə daxildə sabitlik olsa da, təhdidlər var, çağırışlar var, xaricdən müdaxilə cəhdləri var və olacaq.

Bunu Azərbaycan Prezidenti İlham Əliyev mayın 23-də Türk Dövlətləri Təşkilatının (TDT) daxili işlər nazirlərinin ikinci görüşünün iştirakçılarından ibarət nümayəndə heyətini qəbul edərkən deyib.

“Yəni, heç kim bundan sığortalı deyil. Ona görə daxili işlər orqanlarının əsas vəzifəsi olan ictimai asayişin qorunması, əlbəttə ki, hər bir ölkəmiz üçün önəmli daxili sabitlik amilidir. Təşkilata üzv ölkələrin daxili işlər orqanlarının bir araya gəlməsi, müntəzəm olaraq görüşlərin keçirilməsi, fikir mübadiləsi, təcrübə mübadiləsi, informasiya mübadiləsi aparılması böyük önəm daşıyır”.

Zəngəzur dəhlizi üçün son tarix - İrəvanın qərar anı

Bu layihənin işə düşəcəyi zaman açıqlandı, Qriqoryan yenə destruktiv mövqe qoydu; Ermənistan hara qədər dirənəcək? 

“Zəngəzur dəhlizi layihəsi Türkiyə ilə Türk dünyasını birləşdirəcək. Həm Azərbaycan, həm də Türkiyə işləri davam etdirir”. “Yeni Müsavat” bildirir ki, bu sözləri Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulqadir Uraloğlu bildirib. Nazir qeyd edib ki, Zəngəzur dəhlizi layihəsinin 3-4 il ərzində həyata keçirilməsi planlaşdırılır. Türkiyəli rəsminin dediyi bir ehtimaldır, yoxsa informasiyaya əsaslanan proqnoz?

Qeyd edək ki, Azərbaycan dəhlizin özünə aid hissəsində infrastruktur işlərini bu il tam yekunlaşdıracaq. Təəssüf ki, Ermənistan hələ də özünə adi seqmentdə heç bir iş görməyib. Bunun əvəzinə İrəvan Bakıya reallığa dəxli olmayan, yəni maneəsiz keçid rejimi ilə uzlaşmayan  qeyri-real təkliflər (“yumşaq rejim”, “sadələşdirilmiş keçid” və s.) verməyə davam edir. Az öncə İranda səfərdə olan Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan isə bu xüsusda bildirib ki, “İrəvanın leksikonunda Zəngəzur dəhlizi anlayışı yoxdur”.

Bəs nə vaxt olacaq? Kapitulyant ölkənin dirənişi hara kimi sürəcək?

Yada salaq ki, Azərbaycan lideri İlham Əliyev bu ilin yanvarında yerli telekanallara müsahibəsində “Zəngəzur dəhlizi açılmalıdır və açılacaq, onlar bunu nə qədər tez başa düşsələr, o qədər də yaxşıdır” deyib.

Ermənistan xarici işlər nazirinin keçmiş müavini Avet Adonts isə söyləyib ki, Zəngəzur dəhlizini açmaq üçün Azərbaycanın qarşısında duran əsas maneə Rusiyadır. “Rusiya hələ də həm Əliyevə, həm də Türkiyəyə Türkiyənin xarici siyasət doktrinasında yazılanları, yəni Ermənistanın dövlət olmamasını həyata keçirməyə mane olur”.

“Son zamanlar ABŞ da müəyyən qədər "Zəngəzur dəhlizi" ifadəsi və ümumilikdə dəhlizin məntiqini gündəmə gətirib". Bu sözlərin müəllifi politoloq Qrant Mikaelyandır. O iddia edib ki, Azərbaycan heç bir öhdəlik götürmək istəmir.

Əslində Rusiya, Türkiyə, bir sıra Qərb ölkələri və Çin də Zəngəzur dəhlizinin açılmasında maraqlıdır. Ancaq Ermənistan tərəfi “Zəngəzur dəhlizi” ifadəsini yaxına buraxmır. Bu ifadə erməni ictimaiyyətində böyük narazılıqla qarşılanır. Digər tərəfdən, Qriqoryanın bunu İranda dilə gətirməsi də təsadüfi deyil. Çünki İran da bu dəhlizin açılmasına qarşıdır.

Ermənistan Zəngəzur dəhlizi layihəsinə qarşı alternativ kimi “sülh yollarının kəsişməsi” layihəsini irəli sürür. Ermənistan hakimiyyətinin təqdim etdiyi bu layihə regional kommunikasiyaların açılması məsələsində Zəngəzur dəhlizinə qarşı alternativ layihədir. Bununla Ermənistan həm regional kommunikasiyaların açılmasına, həm də Azərbaycana dəhliz verməməyə nail olmaq niyyətindədir. Bu layihə həm də Cənubi Qafqazda kommunikasiyaların açılmasında maraqlı olan qüvvələrə təklif kimi irəli sürülüb. Rəsmi İrəvan Zəngəzur dəhlizinin açılmasına imkan verməyəcəyini bildirərək əvəzində bu layihə ilə alternativ yaratmaq istəyir. Ancaq rəsmi Bakının sülhə gedən yolda ən başlıca tələblərindən biri məhz Zəngəzur dəhlizinin açılmasıdır.

Ölkə.az xəbər verir ki, Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri Çingiz Qənizadə “Yeni Müsavat”a açıqlamasında qeyd etdi ki, Zəngəzur dəhlizinin işə düşməsi Ermənistanın suverenliyini təhdid etmir. Onun fikrincə, buna baxmayaraq rəsmi İrəvan hələ də bu logistikanın açılmasını özünün ərazi bütövlüyünə qarşı  addım kimi qələmə verir: “Halbuki heç bir dəhliz bir ölkənin suverenliyini poza bilməz. Azərbaycanla İran da Araz dəhlizini reallaşdırır və burada hər hansı beynəlxalq hüquqa zidd hərəkət yoxdur. Ermənistan isə yalana söykənən təbliğat kampaniyası qurub. Bu piar beynəlxalq ictimaiyyəti inandırmağa hesablanıb. Guya dəhlizin açılması ilə Ermənistanın suverenliyi əldən gedir. İran da öz iqtisadi maraqlarından irəli gələrək Zəngəzur dəhlizinə qarşı çıxdığı üçün İrəvana şərik olub, onu öz yalanlarına inanmaqda dəstəkləyir”.

Ç.Qənizadə vurğuladı ki, Zəngəzur dəhlizi Orta dəhlizin bir parçasıdır və dünyanın marağında olan layihədir: “Ermənistan bu prosesi uzun illər yubada bilməyəcək. Çindən Avropaya uzanan bir marşrutun açılmasına Ermənistan kimi kiçik dövlət əngəl ola bilməz. Doğrudur, heç bir tikinti işi həyata keçirməyiblər. Amma bu işin sürətlənməsi üçün təzyiqləri artırmaq lazımdır. Xüsusən də Türkiyə bu məsələdə Ermənistana diplomatik təzyiqlərini artıra bilər. Paşinyan yaxşı başa düşür ki, ölkəsinin nicatı Türkiyə ilə quru sərhədlərin açılmasından asılıdır. Ona görə də Ankara İrəvana bu kontekstdə təzyiqləri işə sala bilər. Eyni zamanda söhbət yolun dəhliz statusu daşıması üstündə olan mübahisədir. Ermənistan maneəsiz keçidə razıdır, dəhliz statusu daşımasına etiraz edir. Məncə, bu məsələdə də müəyyən razılaşmalar mümkündür”.

Hüquq müdafiəçisi əlavə etdi ki, sadəcə, dəhlizin açılmasında çözülməyən düyün nəzarətin kimdə olacağı məsələsidir: “Rusiya israr edir ki, özü kontrol etsin. Bunun üçün 10 noyabr bəyanatına istinad yer alır. Ermənistan isə üçtərəfli razılaşmadan çıxmaqdadır. İrəvan özü yola nəzarəti təmin etmək istəyir. Burada Qərbin də maraqları nəzərə alınmalıdır. Bəli, Avropa və ABŞ da dəhlizə nəzarətin Rusiyada olmasının əleyhinədir. Bütün hallarda, türkiyəli nazir 3-4 ilin proqnozunu veribsə, deməli, yekun sülh müqaviləsi imzalandıqdan sonra reallaşa bilər”.

Vətəndaş Həmrəyliyi Partiyasının sədr müavini Samir Əsədlinin sözlərinə görə, Ermənistan dəhlizə “hücum” olacağı barədə saxta təbliğatı davam etdirir: “Guya Ordumuz Zəngəzura daxil olacaq və güc yolu ilə koridor açılacaq. Bu bəyanatlar cəfəngiyyatdır. Azərbaycan Prezidenti bəyan edib ki, Zəngəzura avtomobillərlə qayıdacağıq. Yəni tankla, topla olmayacaq. Ortada bir yol layihəsi var və onun gerçəkləşməsini tələb edirik. Ümumiyyətlə, nəqliyyat kommunikasiyalarının blokadadan çıxması ilk növbədə Ermənistan iqtisadiyyatı üçün nəfəslik olacaq. Sadəcə, İrəvanın dəhliz statusundan imtina etməsi problem yaradır. Azərbaycan da bu məsələdə maneə görmür. Əgər dəhliz statusu olmadan açılacaqsa, hər hansı problem olmamalıdır. Yetər ki, bu logistika işə düşsün. Ermənistan isə əlini ağdan qaraya vurmayıb”.

Prezident onları təltif etdi - SİYAHI

Prezident İlham Əliyev ətraf mühitin və təbii sərvətlərin qorunmasında xidmətləri olan bir qrup şəxsin təltif edilməsi barədə Sərəncam imzalayıb.

Sənədə əsasən, aşağıdakı şəxslər təltif ediliblər: 

“Tərəqqi” medalı ilə

Həsənov Ərəstun Həsənağa oğlu

Qənbərov Mirsalam Böyükağa oğlu

Sefiyev Amil Mirdaməd oğlu

Şiralıyev Mayıs Ağahüseyin oğlu

Tarverdiyev Qafar Hüseyn oğlu

“Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə

Aslanov İlqar Vaqif oğlu

İbadova Sevinc Qafar qızı.

Ermənistanda panika: azərbaycanlılar qayıdır, qoşunlar çəkilir

Basarkeçərin qubernatoru birgəyaşayışın anonsunu verdi; ermənilər düşmənçilik səhifəsini çevirməyə hazırdırmı...

Ermənistanın Qeqarkunik əyalətinin (Basarkeçər) qubernatoru Karen Sarkisyan maraqlı açıqlama verib. O, azərbaycanlılarla birlikdə yaşamağa hazır olduqlarını bildirib. Sarkisyan deyib ki, yaxın günlərdə sərhədlərin demarkasiyası prosesi baş verəcək. O düşünür ki, bu razılaşmadan sonra ərazidəki Azərbaycan qoşunu geri çəkiləcək.

Qubernator onu da bildirib ki, sərhədlərin demarkasiyasından sonra azərbaycanlılar geri qayıdacaq. “Biz onlarla birlikdə dinc həyat yaşamağa qarşı deyilik. Şübhəsiz ki, azərbaycanlılar gələrsə, onlarla birgə yaşamağa hazırıq”.

Bir müddət əvvəl spiker Alen Simonyan demişdi ki, vaxt gələcək, azərbaycanlılarla ermənilər ticarətlə məşğul olacaq, gediş-gəliş olacaq. Sitat: “Vaxt gələcək, ermənilər Azərbaycana, azərbaycanlılar isə Ermənistana yaşamağa gedəcəklər, bir-biri ilə alver edəcəklər. Biz buna gedirik. Sülh elə budur”.

Basarkeçər qubernatorunun sözlərini anons kimi qəbul etmək olarmı? Yaxın günlərdə sərhədlərin demarkasiyası prosesi başlayarsa, sonrakı mərhələdə gediş-gəliş mümkündürmü? Doğrudanmı ermənilər özlərinin səbəb olduğu düşmənçilik səhifəsini çevirməyə hazırdır? Bu da faktdır ki, erməni cəmiyyətində türkofobiya hələ də güclü olaraq qalır...

Ramiyə Məmmədova: “Ankara Yaxın Şərqdə müharibəni səmimi şəkildə istəməyən  yeganə oyunçudur” - MÜSAHİBƏ - Oxu.az

 Ramiyə Məmmədova

Ölkə.az xəbər verir ki, siyasi ekspert Ramiyə Məmmədovanın “Yeni Müsavat”a bildirdiyinə görə, birgəyaşayış hələlik real görünmür. Onun sözlərinə görə, azərbaycanlılarla ermənilərin birgə yaşadığı başqa coğrafiyalar, şəhərlər var: “Biz Gürcüstanın bəzi kəndlərini qeyd edə bilərik, həmçinin Rusiyada, Avropada və bir sıra ölkələrdə azərbaycanlılarla ermənilər bir ərazidə yaşayırlar. Amma münasibətlər, təmaslar olduqca məsafəlidir. Burada siyasi səbəblərdən daha çox mənəvi, psixoloji, toplumların qarşılıqlı nifrəti problemləri mövcuddur. Gəlin razılaşaq ki, ermənilər azərbaycanlılara, bütövlükdə türk etnosuna nifrət edir, düşmən kimi baxır. Əgər onların gücü çatsaydı, yenə əsrlər boyu başımıza gətirdikləri müsibətləri yaşadar, qətliamlar törədərdi. Bu baxımdan Ermənistanda türkofobiya qalır. Son dövrlər nifrət daha da körüklənir”.

Siyasi təhlilçinin fikrincə, 44 günlük müharibədən sonra Ermənistanda revanşistlər təbliğatı gücləndirib: “Onlar qisasdan danışırlar, "artsax" deyirlər, Qarabağa nə zamansa qayıtmaqdan dəm vururlar. Belə bir toplumla birgə yaşamaq olduqca çətindir. Üstəlik, yaralar sağalmayıb. Hər iki tərəfin müharibədə həlak olanları var. İndi biz azərbaycanlı və erməni analarına birgə yaşamağı təklif etsək, təbii ki, etirazla qarşılanacaq. Ona görə də siyasi amillərdən daha dərin məsələlər var. Çünki Azərbaycanla Ermənistan sülh sənədi imzalaya bilər, amma xalqların barışması bir kağızla, sənədlə olmur. Bunun üçün illər lazımdır. Yəni yaralar qaysaq bağlamalıdır, bölgədə dayanıqlı sülh, təhlükəszilik təmin edilməlidir, hər iki tərəfin ziyalıları görüşməlidirlər, təmaslar artmalıdır, gediş-gəliş olmalıdır, etimad mühiti formalaşmalıdır. Bu da çox mürəkkəb mövzulardır. O baxımdan erməni qubernatorun verdiyi anonsu hələlik daxili auditoriyaya hesablanmış sözlər kimi qəbul etmək lazımdır. Ancaq sərhədlərin dəqiqləşməsi istiqamətində addımların atılması mümkündür. Əgər Basarkeçərin nümayəndəsi bu açıqlamanı veribsə, görünür, hansısa məlumatlara malikdir. Əlbəttə, Azərbaycan da sərhədlərin delimitasiyasının sürətlənməsində maraqlıdır".

Zəngəzura qayıdış, dəhliz və anklavlar: İrəvandan nə tələb edilib? »  Ovqat.com

Ekspert hesab edir ki, azərbaycanlıların Qərbi Zəngəzura qayıdışı əsas hədəflərdən biridir: “Erməni cəmiyyətində bununla bağlı təbliğat aparılmalı, ictimai rəy hazırlanmalıdır. Bu da Paşinyan hakimiyyətinin üzərinə düşən missiyadır. Artıq Qərbi Zəngəzurda bu söhbətlər çox danışılır. Erməni camaatına deyirlər ki, azərbaycanlılar qayıdacaqlar. Bu da ciddi təşvişə səbəb olur. Ermənilər fikirləşirlər ki, Şərqi Zəngəzurdan sonra Qərbi Zəngəzur da Azərbaycanın nəzarətinə keçəcək. Bu da bizim haqqımızdır. Rəsmi şəxslər deməyə bilər, lakin biz dədə-baba torpaqlarımıza, ermənilərə peşkəş edilmiş tarixi ərazilərimizə iddialarımızı dilə gətirməliyik. Xalqımız 44 günlük Vətən müharibəsində tarixi qələbəyə imza atdı. Bu zəfərdən sonra əsas hədəf Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının reallaşmasıdır”.

Qeyd edək ki, Prezident İlham Əliyev Qərbi Zəngəzura qayıdış mövzusunda bu fikirləri səsləndirib: “Tarixi Azərbaycan torpaqları olan Qarabağ və Zəngəzura XX əsrin əvvəllərindən başlayaraq erməni əhalisinin yerləşdirilməsi, demoqrafik vəziyyətin zorla dəyişdirilməsi 1905, 1918-ci illərdə Azərbaycan əhalisini qorxutmaq və qovmaq məqsədi güdən kütləvi qırğınlar, 1920-ci ildə Zəngəzurun Ermənistana verilməsi, 1948-1953-cü illərdə yüz minlərlə azərbaycanlının indiki Ermənistan ərazisindəki əzəli yurdlarından köçürülməsi xalqımıza qarşı erməni təcavüzünün qanlı səhifələridir”.

Erməni diplomat Edqar Qazaryan isə deyib ki, müstəqillik bəyannaməsinin konstitusiyadan çıxarılması hazırkı Ermənistan dövlətinin ləğv edilməsi, bu ərazidə yeni dövlətin formalaşması deməkdir: “Ermənistan hakimiyyəti bu addımları ilə Azərbaycanın Zəngəzur, Dərələyəz, Vedi və Bakının Qərbi Azərbaycan adlandırdığı ərazilərə girişinə hüquqi zəmin hazırlayır”. Qazaryan iddia edir ki, hazırda Göyçədə müəyyən ərazilərin Azərbaycana təhvil verilməsinə hazırlıq gedir: “Göyçədə mina təmizləmə işləri həyata keçirilir. Ermənistan ordusuna tapşırıq verilib ki, ərazilər Azərbaycana təhvil verilməsi üçün minalardan təmizlənməlidir”.

Prezident sərəncam imzaladı: 1 milyon ayrıldı

Prezident İlham Əliyev "Naxçıvan şəhərində yerləşən Möminə xatun türbəsi dünya əhəmiyyətli tarix-memarlıq abidəsinin bərpası və konservasiyası ilə bağlı tədbirlər haqqında" Sərəncam imzalayıb.

Möminə xatun türbəsinin özünəməxsus tarixi görkəminin qorunub saxlanılması və gələcək nəsillərə çatdırılması məqsədilə dünya əhəmiyyətli tarix memarlıq abidəsində bərpa və konservasiya işlərinin aparılması üçün Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə ilkin olaraq 1 milyon manat vəsait ayrılıb.

Naxçıvan şəhərində yerləşən böyük tarix və mədəniyyət yadigarı Möminə xatun türbəsi Azərbaycan milli memarlığının möhtəşəm abidəsi və Şərq memarlığının incilərindən biridir. XII əsrin görkəmli Azərbaycan memarı Əcəmi Naxçıvaninin dühası ilə yaradılmış bu nadir və monumental sənət nümunəsi öz kompozisiya həllinə, kamilliyinə və zərifliyinə görə bütövlükdə İslam aləminin şah əsərləri sırasında fəxri yer tutur. Misilsiz gözəlliyə malik türbə Azərbaycanda həmin dövrlərdə yüksək inkişaf etmiş mədəniyyətin və dövlətçilik ənənələrinin mövcudluğunun əyani təcəssümüdür. Möminə xatun türbəsi xalqımızın milli sərvəti kimi dövlət səviyyəsində mühafizə olunan dünya əhəmiyyətli mədəni irs nümunələri siyahısına salınıb.

Prezident: Qərbi azərbaycanlıların Ermənistandakı dədə-baba torpaqlarına qayıdışının təmin edilməsi regionda sülh üçün vacib şərtdir


Qərbi Azərbaycan İcmasının beynəlxalq hüquqa uyğun dinc təşəbbüsləri təqdirəlayiqdir və dünya ictimaiyyəti tərəfindən dəstəklənir. Qərbi azərbaycanlıların təhlükəsiz və ləyaqətli şəkildə, sülh yolu ilə Ermənistandakı dədə-baba torpaqlarına qayıdışının təmin edilməsi regionda sülhün, insan hüquqlarının və barışığın bərqərar olması üçün vacib şərtdir.

AZƏRTAC xəbər verir ki, bu fikirlər Prezident İlham Əliyevin “Qərbi Azərbaycana qayıdış insan hüquqlarının aliliyinin mühüm şərti kimi” mövzusunda beynəlxalq konfransın iştirakçılarına müraciətində əksini tapıb.

Dövlətimizin başçısı xüsusi olaraq vurğulayıb ki, Qərbi azərbaycanlıların qayıdış istəyi Ermənistana qarşı ərazi iddiası demək deyildir və Ermənistan həmin istəyi bu formada təqdim etmək cəhdlərindən əl çəkməlidir. Qayıdış reallaşana qədər bu məsələ Azərbaycanın gündəliyindən çıxmayacaqdır. Təbii ki, öz yurdlarına dönəcək Qərbi azərbaycanlılara təhlükəsizlik zəmanəti də verilməlidir.

“İnanırıq ki, Qərbi azərbaycanlılar təhlükəsiz və ləyaqətli şəkildə öz doğma yurdlarına qayıdacaq və bölgədə davamlı sülh bərqərar olacaqdır”, - deyə müraciətdə qeyd edilib.

Xəbər lenti