|
Nazirlər Kabineti Kənd Təsərrüfatı Nazirliyinin kollegiyasının yeni tərkibini təsdiq edib.
Trend-in məlumatına görə, bu barədə qərarı Baş nazir Novruz Məmmədov imzalayıb.
Qərara görə, Kənd Təsərrüfatı Nazirliyinin kollegiya üzvlərinin sayı 15 (on beş) nəfərdən ibarət müəyyənləşdirilir və aşağıdakı tərkibdə təsdiq edilir:
Kollegiyanın sədri:
Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri
Kollegiyanın üzvləri:
Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin müavinləri
Naxçıvan Muxtar Respublikasının kənd təsərrüfatı naziri
Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi Aparatının rəhbəri