|
Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin görüşü ilin sonunda yox, daha tez keçiriləcək.
Axar.az xəbər verir ki, bunu “Şant” televiziyasına müsahibəsində Ermənistan Xarici İşlər naziri Zoqrab Mnatsakanyan deyib. Onun sözlərinə görə, tərəflər artıq bununla bağlı razılaşma əldə ediblər:
“Bizim üçün vacib olan Qarabağ konfliktinin həllindəki danışıqlar prosesinin dinamikasını qoruyub saxlamaqdır. Azərbaycan xarici işlər naziri ilə görüş barədə razılıq var”.
Erməni nazir görüşdə atəşkəsin gücləndirilməsi məsələsinin də müzakirə ediləcəyini bildirib.