Dövlət Sər­həd Xidmətinin (DSX) silahlı birləşmələrinin birgə taktiki döyüş təlimi sona çatıb.

 

DSX-dən Axar.az-averilən məlumata görə, “Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub bölmə­sin­də təhlükəsizliyin təmin edilməsi” mövzusunda keçirilən taktiki döyüş təli­minin əsas hədəfləri Xəzər dənizində neft-qaz ehtiyatlarının hasilatı və daşınması infrastrukturunun, sualtı boru kəmərlərinin mü­ha­fi­zəsi­nin təşkili, sualtı müşahidə sistemləri vasitəsilə hədəflərin aşkarlan­ması, dənizdə və sahildə təxribat qruplarının axtarışı və zə­rər­sizləşdi­rilməsi, gəmi və helikopterlərlə sərhəd axtarışının aparıl­ması, raket-ar­tilleriya qurğularından atışların keçirilməsi, sərhəd sula­rından qa­nun­suz məqsədlərlə istifadə hallarının, narkotik vasitələrin və digər qa­çaqmalın, qeyri-leqal miqrasiya cəhdlərinin qarşısının alınma­sı üzrə şəxsi heyətin peşəkarlıq səviyyəsinin yoxlanılması və təkmil­ləşdi­ril­məsi olub.

DSX-nin Sahil Mühafizəsinin sərhəd gözətçi gə­milərinin, Çevik Hərəkət Qüvvələrinin pilotsuz uçuş aparatları və heli­kopterlərinin raket komplekslərindən, zenit-artilleriya qurğularından suüstü, sahil və hava hədəflərinə döyüş atışları müvəffəqiyyətlə hə­yata keçirilib, neft-qaz infrastrukturu istiqamətində təxribat qrupunu havadan dəstəkləyən pilotsuz uçuş aparatının, sualtı və sahildə dü­şərgə qurmuş təxribat qruplarının aşkarlanması və məhv edilməsi üz­rə tapşırıqlar yüksək məharətlə icra edilib. Təlimdə qarşıya qoyu­lan vəzifələr tam həcmdə icra olunub, şəxsi heyət möhkəm intizam, yüksək döyüş hazırlığı və peşəkarlıq nümayiş etdirib.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Ko­mandanı İlham Əliyevin tapşırığı əsasında yaradılmış Dövlət Sər­həd Xidməti Sahil Mühafizəsinin “Gəmi İnşası və Təmiri Mər­kə­zi”ndə in­şa edilmiş, itisürətli və yüksək üzmə qabiliyyətinə malik, mükəmməl na­viqasiya və radiotexniki avadanlıqlarla, müasir silahlarla təchiz edil­miş sərhəd gözətçi gəmiləri taktiki döyüş təlimində yüksək manevr im­kanları və döyüş qabiliyyəti nümayiş etdiriblər.

DSX-nin rəisi general-polkovnik Elçin Quliyev taktiki döyüş təliminin uğurlu yekunu, nümayiş etdirilmiş yüksək döyüş qabiliyyəti münasibətilə şəxsi heyəti təbrik edib, Xəzər dənizində dövlət sərhədlərinin etibarlı mühafizəsinin, neft-qaz hasilatı və daşın­ması infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi üzrə vəzifələrin Prezident İlham Əliyevin Ali Baş Komandanlığı altında yerinə yetirməyin böyük şərəf olmasını xü­su­si vurğulayıb, Xəzər dənizində sərhəd müha­fizə imkanlarının tək­mil­ləş­dirilməsi, şəxsi heyətin peşəkarlığının daha da təkmilləşdirilməsi üzrə tapşırıqlar verib, xidməti-döyüş fəaliyyə­tin­də növbəti uğurlar ar­zu­­layıb.

11 Aprel 2025 İlham Əliyevin Antalyada Əhməd Əl Şaraa ilə görüşü olub - FOTO - YENİLƏNİB
11 Aprel 2025 Antalyada keçirilən Diplomatiya Forumunda parlament diplomatiyasının rolu müzakirə olundu – Azərbaycan deputatları da iştirak etdi
11 Aprel 2025 Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüşü keçirilib
11 Aprel 2025 İlham Əliyev Ersin Tatarla görüşdü - Fotolar
11 Aprel 2025 “Bu, Azərbaycanın sülh təşəbbüslərinin irəlilədilməsi baxımından mühüm hadisə olacaq”
11 Aprel 2025 Hərbçilərimiz Moskvada 9 May paradında iştirak edəcəklər
10 Aprel 2025 İlham Əliyev Türkiyədə işgüzar səfərdədir
10 Aprel 2025 Azərbaycanda Türkiyə və İsrail arasında görüş keçirilib
10 Aprel 2025 Azərbaycan və İtaliya hava nəqliyyatı sahəsində əməkdaşlığı genişləndirir
10 Aprel 2025 Azərbaycan və İran nümayəndə heyətləri Araz dəhlizində görülən işlərlə tanış olacaqlar
10 Aprel 2025 “Bu şəxs, sadəcə, ruhi xəstə elan edildi” - İlham Əliyev
10 Aprel 2025 “Bizə müraciət edirlər ki, borca pul alsınlar” - Video
10 Aprel 2025 Prezident onu təItif etdi - Sərəncam
10 Aprel 2025 “Biz bu məhkəmənin qərarlarını tanımırıq” - Prezident
09 Aprel 2025 Prezident: Biz bütün qonşularımızla, o cümlədən İranla yaxşı münasibətlərə malik olmaq istəyirik
09 Aprel 2025 “Ermənistanı belə bir fikrə gəldikdə, dərhal cəzalandırmağa hazır olmalıyıq”
09 Aprel 2025 “Türkiyə ilə İsrailin ilk dəfə barışmasında Azərbaycan vasitəçilik edib”
09 Aprel 2025 “Trampın prezident seçilməsi onları ciddi məyus etdi”
09 Aprel 2025 “Sülh sazişinə gəldikdə, top ermənilərin tərəfindədir”
09 Aprel 2025 “Ermənistan özünü bunlardan məhrum etdi” - Yenilənib

Xəbər lenti