|
Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıqov avqustun 21-də Minsk şəhərinə rəsmi səfərə yola düşüb.
Müdafiə Nazirliyindən Axar.az-a verilən məlumata görə, səfər Belarus Respublikası müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-mayor Oleq Belokonevin dəvəti ilə həyata keçirilir.