Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə Qurban bayramı münasibətilə aztəminatlı ailələrə qurban payları çatdırılır.

 

Heydər Əliyev Fondundan Axar.az-a verilən məlumata görə, layihə respublika üzrə ünvanlı sosial yardım alan bütün ailələri əhatə edir. Bu məqsədlə ətlik cins heyvanlar regionlardan gətirilərək xüsusi ət kəsimi müəssisələrində kəsilərək qablaşdırılıb. Qurban payları regionlar və Bakının rayonlarında ünvanlı sosial yardım alan 51.157 ailənin hər birinə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin dəstəyi ilə paylanılır, sakinlər bayram münasibətilə təbrik edilir.

Bayram sovqatlarının paylanılması avqustun 23-dək davam edəcək.

Qeyd edək ki, sosial-iqtisadi inkişafa yönəlik dövlət proqramlarına dəstək verən Heydər Əliyev Fondu aztəminatlı ailələri, xüsusi qayğıya ehtiyacı olan şəxsləri daim diqqətdə saxlayır, müxtəlif bayramlar və əlamətdar günləri onlarla birlikdə qeyd edir. Bununla yanaşı, respublikda üzrə sosial yardım alan bütün ailələrə 2016-2018-ci illərdə Yeni il və Novruz bayramlarında Heydər Əliyev Fondunun sovqatları paylanılmış, sosial yardıma ehtiyacı olan minlərlə şəxs üçün bayram süfrələri təşkil edilmiş, hədiyyələr verilmişdi.

11 Aprel 2025 İlham Əliyevin Antalyada Əhməd Əl Şaraa ilə görüşü olub - FOTO - YENİLƏNİB
11 Aprel 2025 Antalyada keçirilən Diplomatiya Forumunda parlament diplomatiyasının rolu müzakirə olundu – Azərbaycan deputatları da iştirak etdi
11 Aprel 2025 Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüşü keçirilib
11 Aprel 2025 İlham Əliyev Ersin Tatarla görüşdü - Fotolar
11 Aprel 2025 “Bu, Azərbaycanın sülh təşəbbüslərinin irəlilədilməsi baxımından mühüm hadisə olacaq”
11 Aprel 2025 Hərbçilərimiz Moskvada 9 May paradında iştirak edəcəklər
10 Aprel 2025 İlham Əliyev Türkiyədə işgüzar səfərdədir
10 Aprel 2025 Azərbaycanda Türkiyə və İsrail arasında görüş keçirilib
10 Aprel 2025 Azərbaycan və İtaliya hava nəqliyyatı sahəsində əməkdaşlığı genişləndirir
10 Aprel 2025 Azərbaycan və İran nümayəndə heyətləri Araz dəhlizində görülən işlərlə tanış olacaqlar
10 Aprel 2025 “Bu şəxs, sadəcə, ruhi xəstə elan edildi” - İlham Əliyev
10 Aprel 2025 “Bizə müraciət edirlər ki, borca pul alsınlar” - Video
10 Aprel 2025 Prezident onu təItif etdi - Sərəncam
10 Aprel 2025 “Biz bu məhkəmənin qərarlarını tanımırıq” - Prezident
09 Aprel 2025 Prezident: Biz bütün qonşularımızla, o cümlədən İranla yaxşı münasibətlərə malik olmaq istəyirik
09 Aprel 2025 “Ermənistanı belə bir fikrə gəldikdə, dərhal cəzalandırmağa hazır olmalıyıq”
09 Aprel 2025 “Türkiyə ilə İsrailin ilk dəfə barışmasında Azərbaycan vasitəçilik edib”
09 Aprel 2025 “Trampın prezident seçilməsi onları ciddi məyus etdi”
09 Aprel 2025 “Sülh sazişinə gəldikdə, top ermənilərin tərəfindədir”
09 Aprel 2025 “Ermənistan özünü bunlardan məhrum etdi” - Yenilənib

Xəbər lenti