İki dövlət arasında olan qütbləşmə o dərəcədə inkişaf edib ki, bu görüşdə hansısa ciddi razılaşmaların və ya yaxınlaşmaların olacağına ümid azdır.

 

Bu sözləri Axar.az-a açıqlamasında beynəlxalq əlaqələr üzrə ekspert Elşən Mustafayev deyib. O bildirib ki, görüşün iyulun 16-da Helsinkidə keçirilməsi gözlənilən Rusiya-Amerika sammiti çərçivəsində baş tutacağı deyilir:

“Sammitin də əsas mövzusu beynəlxalq təhlükəsizliklə bağlıdır. Trampın Kim Çen İnlə görüşünü gördükdən sonra Putin-Tramp görüşünü normal qarşılamaq lazımdır. Əsas odur ki, bu görüş zamanı kim mövqeyindən geri çəkiləcək. Bu olmadığı təqdirdə hər hansı yaxınlaşmadan, münasibətlərin 5 il əvvəlki vəziyyətə qayıtmasından söhbət gedə bilməz”.

Ekspert qeyd edib ki, indidən Avropa dövlətləri bu görüşlə bağlı narahatlıqlarını dilə gətirir:

“Trampın gözlənilməz addımlar atması təcrübəsini bildiklərindən görüşün gedişatında öncədən planlaşdırılan istiqamətdən yayınma olacağını da düşünənlər var. Amma bu elə də asan deyil. ABŞ və Rusiya arasında gərginliyə səbəb olan faktorlar varkən yaxınlaşma ehtimalları sıfıra bərabərdir. İki əsas faktor isə bu yaxınlaşmanı imkansız edir. Onlardan biri Krımın anneksiyası, Donbas və Luqanskda separatçılara dəstək, digəri isə Yaxın Şərq-Suriya məsələsində Moskvanın tutduğu mövqedir”.

Ekspert vurğulayıb ki, bu məsələlərdə ABŞ-ın hələlik güzəştə getmək fikri yoxdur:

“Rusiya bu məsələlərdə müəyyən güzəştlərə getməyə razı olmasa, nə bu, nə də sonrakı görüşlərdə heç nə alınmayacaq. Amma hesab edirəm ki, bu görüş iki ölkə arasında olan problemləri çözməsə də, gərginliklərə az da olsa sərinlik gətirəcək. Bu da gələcəkdə nələrəsə nail olmaq üçün ümid yeri qoyar”.

11 Aprel 2025 İlham Əliyevin Antalyada Əhməd Əl Şaraa ilə görüşü olub - FOTO - YENİLƏNİB
11 Aprel 2025 Antalyada keçirilən Diplomatiya Forumunda parlament diplomatiyasının rolu müzakirə olundu – Azərbaycan deputatları da iştirak etdi
11 Aprel 2025 Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüşü keçirilib
11 Aprel 2025 İlham Əliyev Ersin Tatarla görüşdü - Fotolar
11 Aprel 2025 “Bu, Azərbaycanın sülh təşəbbüslərinin irəlilədilməsi baxımından mühüm hadisə olacaq”
11 Aprel 2025 Hərbçilərimiz Moskvada 9 May paradında iştirak edəcəklər
10 Aprel 2025 İlham Əliyev Türkiyədə işgüzar səfərdədir
10 Aprel 2025 Azərbaycanda Türkiyə və İsrail arasında görüş keçirilib
10 Aprel 2025 Azərbaycan və İtaliya hava nəqliyyatı sahəsində əməkdaşlığı genişləndirir
10 Aprel 2025 Azərbaycan və İran nümayəndə heyətləri Araz dəhlizində görülən işlərlə tanış olacaqlar
10 Aprel 2025 “Bu şəxs, sadəcə, ruhi xəstə elan edildi” - İlham Əliyev
10 Aprel 2025 “Bizə müraciət edirlər ki, borca pul alsınlar” - Video
10 Aprel 2025 Prezident onu təItif etdi - Sərəncam
10 Aprel 2025 “Biz bu məhkəmənin qərarlarını tanımırıq” - Prezident
09 Aprel 2025 Prezident: Biz bütün qonşularımızla, o cümlədən İranla yaxşı münasibətlərə malik olmaq istəyirik
09 Aprel 2025 “Ermənistanı belə bir fikrə gəldikdə, dərhal cəzalandırmağa hazır olmalıyıq”
09 Aprel 2025 “Türkiyə ilə İsrailin ilk dəfə barışmasında Azərbaycan vasitəçilik edib”
09 Aprel 2025 “Trampın prezident seçilməsi onları ciddi məyus etdi”
09 Aprel 2025 “Sülh sazişinə gəldikdə, top ermənilərin tərəfindədir”
09 Aprel 2025 “Ermənistan özünü bunlardan məhrum etdi” - Yenilənib

Xəbər lenti