|
Ermənistan Rusiyadan ət məhsullarının idxalına qadağa qoyub.
"Report" xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Qeyd olunur ki, bu ölkənin Yeyinti Məhsullarının Dövlət Təhlükəsizlik Xidməti bu gündən Rusiyanın bir neçə regionundan donuz əti idxalına müvəqqəti məhdudiyyət tətbiq edib. "Avqustun 28-dən Rusiyadan donuz əti və ət məhsullarının, eləcə də quş, quş əti məhsulları və yumurtanın idxalı müvəqqəti dayandırılıb", - deyə dövlət xidmətinin saytında yerləşdirilən məlumatda bildirilir.
Dövlət xidmətinin məlumatına görə, qərar Heyvanların Sağlamlığının Mühafizəsi üzrə Ümumdünya Təşkilatının məlumatları əsasında qəbul edilib.