|
Azərbaycan və Ermənistan Xarici işlər nazirinin növbəti görüşü Brüsseldə keçiriləcək.
Axar.az xəbər verir ki, bunu Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov bildirib.
Nazir qeyd edib ki, iyulun 11-də Brüsseldə NATO-nun Zirvə toplantısı çərçivəsində Ermənistanın Xarici İşlər naziri Zoqrab Mnatsakanyanla görüş keçiriləcək.
Onun sözlərinə görə, artıq ATƏT-in Minsk qrupunun həmsədrləri də bu görüşlə bağlı işləri yekunlaşdırıblar.