“O məmur işdən çıxarılacaq”

“Korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizə daha ciddi aparılmalıdır. Aprel ayında formalaşmış yeni hökumət qarşısında bu vəzifə çox kəskin qoyulmuşdur. Bu xoşagəlməz hallara son qoyulmalıdır”. 

Bunu prezident İlham Əliyev Nazirlər Kabinetinin son iclasında deyib. İ. Əliyev bildirib ki, son illər ərzində böyük işlər görülüb və beynəlxalq təşkilatlar da bunu qeyd edir: “Bu məsələ ilə məşğul olan beynəlxalq təşkilatların reytinqlərində Azərbaycan daim irəliyə gedir. Ancaq irəliləyiş olsa da, bu, bizi qane edə bilməz. Azərbaycanda bu böyük sosial bəlanın kökü kəsilməlidir. Bunu etmək üçün də imkanlar var. Həm güclü siyasi iradə, həm də indi bizim institusional mexanizmlərimiz var. Ən önəmlisi, kadr islahatı aparılır və aparılacaq. Hansı dövlət məmurları bu meyarlara uyğun gəlməyəcəklərsə onlar işdən çıxarılacaqlar və bunu bütün dövlət məmurları bilsinlər.

Korrupsiyaya, rüşvətxorluğa qarşı bundan sonra da çox ciddi mübarizə aparılacaq. Biz elə etməliyik ki, korrupsiya hallarının baş verməməsi üçün institusional mexanizmlər işə düşsün. Biz bəzi müsbət meyilləri də görürük. Misal üçün, ictimai xidmətlər sahəsində “ASAN xidmət” korrupsiyadan tam azad bir qurumdur. “ASAN xidmət”ə 20 milyondan çox müraciət olunub və vətəndaşların bəyənmə əmsalı 100 faizə yaxındır. Yəni, bunu etmək mümkündür. Sadəcə, siyasi iradə olmalıdır, bu da var və çox ciddi tədbirlər görülməlidir, o cümlədən cəza tədbirləri görülür və görüləcək. Ancaq onu da deməliyəm ki, bəzi hallarda inzibati cəza tədbirləri işləmir. Ona görə ən ciddi beynəlxalq təcrübə tətbiq edilməlidir. Dünyanın aparıcı ölkələrində bu sahədə hansı yollarla mübarizə aparılırsa, Azərbaycanda da həmin yollarla mübarizə aparılmalıdır. Əlbəttə ki, dövlət xərclərinə nəzarət gücləndirilməlidir. Müvafiq nazirliklərə göstəriş verilib, indi islahatlar aparılır və bütün dövlət qurumlarının rəhbərləri bunu bilsinlər və mənim tapşırıqlarıma əməl etsinlər”.

 

 

11 Aprel 2025 İlham Əliyevin Antalyada Əhməd Əl Şaraa ilə görüşü olub - FOTO - YENİLƏNİB
11 Aprel 2025 Antalyada keçirilən Diplomatiya Forumunda parlament diplomatiyasının rolu müzakirə olundu – Azərbaycan deputatları da iştirak etdi
11 Aprel 2025 Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüşü keçirilib
11 Aprel 2025 İlham Əliyev Ersin Tatarla görüşdü - Fotolar
11 Aprel 2025 “Bu, Azərbaycanın sülh təşəbbüslərinin irəlilədilməsi baxımından mühüm hadisə olacaq”
11 Aprel 2025 Hərbçilərimiz Moskvada 9 May paradında iştirak edəcəklər
10 Aprel 2025 İlham Əliyev Türkiyədə işgüzar səfərdədir
10 Aprel 2025 Azərbaycanda Türkiyə və İsrail arasında görüş keçirilib
10 Aprel 2025 Azərbaycan və İtaliya hava nəqliyyatı sahəsində əməkdaşlığı genişləndirir
10 Aprel 2025 Azərbaycan və İran nümayəndə heyətləri Araz dəhlizində görülən işlərlə tanış olacaqlar
10 Aprel 2025 “Bu şəxs, sadəcə, ruhi xəstə elan edildi” - İlham Əliyev
10 Aprel 2025 “Bizə müraciət edirlər ki, borca pul alsınlar” - Video
10 Aprel 2025 Prezident onu təItif etdi - Sərəncam
10 Aprel 2025 “Biz bu məhkəmənin qərarlarını tanımırıq” - Prezident
09 Aprel 2025 Prezident: Biz bütün qonşularımızla, o cümlədən İranla yaxşı münasibətlərə malik olmaq istəyirik
09 Aprel 2025 “Ermənistanı belə bir fikrə gəldikdə, dərhal cəzalandırmağa hazır olmalıyıq”
09 Aprel 2025 “Türkiyə ilə İsrailin ilk dəfə barışmasında Azərbaycan vasitəçilik edib”
09 Aprel 2025 “Trampın prezident seçilməsi onları ciddi məyus etdi”
09 Aprel 2025 “Sülh sazişinə gəldikdə, top ermənilərin tərəfindədir”
09 Aprel 2025 “Ermənistan özünü bunlardan məhrum etdi” - Yenilənib

Xəbər lenti