Prezident İlham Əliyev ötən 6 ay ərzində ölkəmizdə və dünyada baş verən mühüm siyasi və iqtisadi hadisələrə qiymət verərək ümumiləşdirmələr apadı və bundan sonra qarşıda duran məsələlərin həlli yolları ilə bağlı əsas istiqamətləri göstərdi.

 

Bunu Axar.az-a İlham Əliyevin Nazirlər Kabinetinin 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasdakı çıxışını şərh edən millət vəkili Hikmət Babaoğlu deyib. O bildirib ki, ölkə başçısı hər şeydən öncə 2018-ci ilin aprelində keçirilən prezident seçkilərinə toxunaraq bu önəmli hüquqi-siyasi hadisəni və onun nəticələrini Azərbaycan xalqının mövcud siyasi hakimiyyətə və onun həyata keçirdiyi siyasətə dəstəyi kimi qiymətləndirib:

“Bu təsbit və qiymətləndirmə Azərbaycan cəmiyyətinin sosial-siyasi reallığını obyektiv şəkildə əks etdirir. Doğurdan da istənilən demokratik cəmiyyətin inkişafı məhz xalq-iqtidar birliyi formulası ilə uğurlu ola bilər. Bu isə təkcə ölkədaxili inkişafı deyil, eyni zamanda, güclü xarici siyasəti də həyata keçirmək üçün mühüm amildir. Xalqın dəstəyi nə qədər çox olarsa, siyasi hakimiyyət özünü bir o qədər güclü hiss etməklə müstəqil və milli maraqlara uyğun siyasət apara bilər. Hazırda Azərbaycan güclü dövlət kimi xarici siyasət müstəvisində də öz maraqlarını layiqli şəkildə qoruyur, ölkəmizin beynəlxalq nüfuzu günü-gündən artır. Bu isə heç şübhəsiz ki, müasir mürəkkəb beynəlxalq şərtlərdə həm ölkəmizin təhlükəsizliyini təmin edir, həm də Dağlıq Qarabağ probleminin həllində mövqelərimizi gücləndirir. Məhz bu məsələyə diqqət çəkən Prezident İlham Əliyev qeyd etdi ki, aparılan uğurlu xarici siyasət nəticəsində Azərbaycan bütün ölkə və güc mərkəzləri ilə çox səmərəli, işgüzar, bərabərhüquqlu münasibətlər qura bilib. Bu münasibətlər qarşılıqlı inam, hörmət, bir-birinin işinə qarışmamaq prinsipləri əsasında qurulur. Beləliklə, ölkəmizin uğurlu inkişafı üçün çox gözəl beynəlxalq mühit mövcuddur. Bu kontekstdə cənab Prezident Azərbaycanın dünya siyasətini müyyənləşdirən dövlətlərdən biri kimi ABŞ, Avropa dövlətləri və s. əlaqələrinin yüksək səviyyədə olmasını vurğulayaraq, bütün bunların ölkəmizin inkişafına və təhlükəsizliyinə töhfə verdiyini bildirdi”.

Millət vəkili hesab edir ki, bu strateji qiymətləndirmə və onun yaratdığı siyasi reallıq əslində Azərbaycanın ərazi bütövlüyünün bərpası məsələsində ölkəmizin lehinə olan şərtələri formalaşdıran faktordur:

“Dağlıq Qarabağ probleminin həllinə toxunan dövlət başçısı qeyd etdi ki, Ermənistanda 20 il ərzində mövcud olan kriminal, korrupsioner, qaniçən, oğru, yalançı hakimiyyət tam iflasa uğradı. Bu gün biabırcasına hakimiyyətdən qovulmuş Sərkisyan rejimi əslində Ermənistanın dövlətçiliyinin iflasıdır. Bu rejimin çökməsində bizim də rolumuz olub. Azərbaycanın apardığı siyasət nəticəsində Ermənistan onlara gəlir gətirə biləcək bütün layihələrdən məhrum edildi. Biz onlara qarşı təcrid siyasətimizi uğurla aparmışıq. Nə qədər ki torpaqlarımız işğal altındadır, biz Ermənistana qarşı təcrid siyasətimizi davam etdirəcəyik. Bu kontekstdə Azərbaycanın inkişafı məsələlərinə diqqət çəkən Prezident ölkəmizdə həyata keçirilən ordu quruculuğu işlərini, son illərdəki mühüm hərbi əməliyyatları çox yüsək qiymətləndirdi. Daha sonra ən mürəkkəb iqtisadi şərtlər içərisində, dünyada baş verən qlobal iqtisadi böhran vəziyyətində belə həyata keçirilən iqtisadi siyasət sayəsində Azərbaycanda iqtisadi inkişaf tempinin davam etdiyini bildirdi. Əlbəttə, bütün bunlar Azərbaycanın dayanıqlı inkişafını təmin etməklə bərabər, həm də onun beynəlxalq münasibətlər sistemində yerini və rolunu möhkəmləndirir”.

11 Aprel 2025 İlham Əliyevin Antalyada Əhməd Əl Şaraa ilə görüşü olub - FOTO - YENİLƏNİB
11 Aprel 2025 Antalyada keçirilən Diplomatiya Forumunda parlament diplomatiyasının rolu müzakirə olundu – Azərbaycan deputatları da iştirak etdi
11 Aprel 2025 Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüşü keçirilib
11 Aprel 2025 İlham Əliyev Ersin Tatarla görüşdü - Fotolar
11 Aprel 2025 “Bu, Azərbaycanın sülh təşəbbüslərinin irəlilədilməsi baxımından mühüm hadisə olacaq”
11 Aprel 2025 Hərbçilərimiz Moskvada 9 May paradında iştirak edəcəklər
10 Aprel 2025 İlham Əliyev Türkiyədə işgüzar səfərdədir
10 Aprel 2025 Azərbaycanda Türkiyə və İsrail arasında görüş keçirilib
10 Aprel 2025 Azərbaycan və İtaliya hava nəqliyyatı sahəsində əməkdaşlığı genişləndirir
10 Aprel 2025 Azərbaycan və İran nümayəndə heyətləri Araz dəhlizində görülən işlərlə tanış olacaqlar
10 Aprel 2025 “Bu şəxs, sadəcə, ruhi xəstə elan edildi” - İlham Əliyev
10 Aprel 2025 “Bizə müraciət edirlər ki, borca pul alsınlar” - Video
10 Aprel 2025 Prezident onu təItif etdi - Sərəncam
10 Aprel 2025 “Biz bu məhkəmənin qərarlarını tanımırıq” - Prezident
09 Aprel 2025 Prezident: Biz bütün qonşularımızla, o cümlədən İranla yaxşı münasibətlərə malik olmaq istəyirik
09 Aprel 2025 “Ermənistanı belə bir fikrə gəldikdə, dərhal cəzalandırmağa hazır olmalıyıq”
09 Aprel 2025 “Türkiyə ilə İsrailin ilk dəfə barışmasında Azərbaycan vasitəçilik edib”
09 Aprel 2025 “Trampın prezident seçilməsi onları ciddi məyus etdi”
09 Aprel 2025 “Sülh sazişinə gəldikdə, top ermənilərin tərəfindədir”
09 Aprel 2025 “Ermənistan özünü bunlardan məhrum etdi” - Yenilənib

Xəbər lenti