Seçki öncəsi Bakıya qarşı xəritə nə oyun idi? - HƏQİQƏTƏN DƏ...

Türkiyədə 14 may seçkiləri yalnız Türkiyə daxilində hadisə deyildi, qlobal məna kəsb edirdi. Regional ölçüsü və miqyası vardı. Ona görə dünyanın əksər ərazilərində və bütün qitələrdə izlənilirdi. Bütün bu illər ərzində həqiqətən Türkiyənin siyasi və könül coğrafiyası genişlənib. Yəni Türkiyə bu gün yalnız məhəlli miqyaslı proseslərə müdaxilə edən dövlətdən qlobal siyasətdə əsas aparıcı aktor kimi iştirak edən bir dövlətə çevrilib. Bu isə öz-özlüyündə Türkiyəsiz bir sıra regionlarda hansısa mühüm beynəlxalq məsələnin həll oluna bilmədiyi və onun rəyinin müstəsna əhəmiyyət daşıdığı anlamına gəlir. Biz bunu hazırda Rusiya-Ukrayna savaşında, Yaxın Şərq kimi bölgələrdə görürük.

Bu sözləri Axar.az-a açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri, millət vəkili Zahid Oruc deyib.

Millət vəkilinin sözlərinə görə, daim müxtəlif siyasi zərbələrə məruz qalan, həmişə xarici diktə və təsir əsasında idarə olunan Türkiyə bu gün artıq dünyada həlledici söz sahibidir:

“Ona görə də bir sıra qüvvələr 14 may seçkilərini Türkiyəni bu xüsusi statusdan məhrum etmək üçün bir şans olaraq görürdülər. Bu səbəbdən mübarizənin təkcə Ərdoğan və Kılıçdaroğlu arasında getdiyini düşünmək məsələyə çox çərçivəli, məhdud yanaşma olardı. Bu bir gerçəkdir ki, Ərdoğan bir sıra antitürk dairələrlə savaşırdı və bu savaş hələ bitməyib. Hesab edirik ki, 14 mayda hətta qalibin elan olunmaması fonunda belə mənəvi-siyasi qələbə Türkiyənin, Azərbaycanın və Ərdoğanın aktivinə yazıla bilər. Çünki daxildə və xaricdə bəziləri Türkiyə liderini diktator adlandırıb, müxtəlif antidemokratik vasitələrlə seçkidə öz qələbəsini təmin edən bir lider obrazı yaratmaq istədilər. Tam əksinə, bu seçkilər həqiqətən demokratiyanın təntənəsi oldu.

Baxmayaraq ki, ATƏT-in yerli müşahidə missiyası seçkilərdə müxtəlif problemlər tapıb. Çünki Türkiyəni Qərblə, AB və ATƏT-lə toqquşdurmaq üçün o institut hər zaman siyasi, özünəməxsus müşahidələr imkanına malikdir. Əgər müxalifət qalib gəlsəydi, dərhal onun nəticələrini Gürcüstan və Ukraynadakı kimi öz maraqları aspektindən təntənə kimi dəyərləndirəcəkdilər”.

Z.Oruc qeyd edib ki, Azərbaycan və Türkiyə münasibətləri son illər yüksək strateji səviyyəyə çatıb:

“Biz bunu seçki prosesi zamanı da gördük. Ancaq 90-cı illərdə müstəqilliyimizi ilk tanıyan ölkə olmasına rəğmən, Türkiyə hakimiyyəti bir mülki helikopterin verilməsini belə risk faktoru kimi dəyərləndirirdi. 2020-ci il savaşı dövründə isə F-16-lar Azərbaycanın ərazisindəydi. Bu mənəvi-psixoloji üstünlük müharibədə çox önəmli rol oynadı. 2000-ci illərdən bu yana Türkiyə-Azərbaycan arasındakı münasibətlər, iqtisadi, siyasi, mədəni, xəlqi, ticari əlaqələr, qarşılıqlı investisiyalar, 2010-cu ildə Yüksək Səviyyəli Qarşılıqlı Strateji Tərəfdaşlıq Şurasının yaradılması, nəhayət, Vətən müharibəsində Türkiyənin bütün siyasi resurslarının - istər xalq, istərsə də siyasi liderinin Azərbaycanın yanında olması bu seçkilərə Azərbaycan insanının mövqeyini formalaşdıran faktdır.

Məhz bütün bunlara görə əgər Azərbaycan insanının bir seçim hüququ olsaydı, mütləq şəkildə Ərdoğana səs verərdi. Bunu təkcə müşahidəçi kimi yox, Sosial Tədqiqatlar Mərkəzinin təmsilçisi olaraq deyə bilərəm ki, elmi metodlar və beynəlxalq standartlarla hazırlanmış rəy sorğusuna əsasən, Azərbaycan respondentlərinin 90 faizə qədəri seçkilərdə Ərdoğanın qalibiyyətini istəyir, 87 faizi isə onun qələbəsini real görür.

Burada bizim Türkiyənin daxili həyatında iştirak, müdaxilə, basqı etməyimiz və rəqib qüvvələri düşmən kimi görməyimizdən söhbət gedə bilməz. Əksinə, onların bəzi qüvvələri öz-özlüyündə Azərbaycanı hədəfə çevirirdi. Bu da sanki qlobal güclərin, bir sıra hallarda Qərb dairələrinin ssenarisi kimi görünürdü. Məsələn, ən sonda “Türk Yolu” deyə təqdim olunan xəritənin mənası nəydi? (“Altılı masa”nın prezidentliyə namizədi, CHP lideri Kamal Kılıçdaroğlunun seçki öncəsi, 9 mayda “Yeni İpək Yolu” ilə bağlı dəstəklədiyi layihəni elan etməsi və orada Azərbaycanın olmaması – red.) Ondan əvvəl Vətən müharibəsi zamanı həmin ittifaqda yer alan digər partiyaların mövqeyi açıq-aşkar antiazərbaycan xarakteri daşıyırdı. Yəni bəzilərinin dediyi kimi, bizim insanımıza hakimiyyət orqanları xüsusi tapşırıq verməmişdi ki, Ərdoğanı, ya Kılıçdaroğlunu, ya da digər namizəndi müdafiə edin, bu, insanların daxilindən gələn bir istək idi”.

Z.Oruc 28 mayda keçiriləcək ikinci turda 14 may seçkisində ciddi mənəvi-siyasi üstünlük qazanan Türkiyə lideri Ərdoğanın seçilmə imkanlarına artıq böyük əksəriyyətin şübhə etmədiyini də əlavə edib.

29 Noyabr 2024 Yaqub Eyyubov Paşinyanın müavini ilə görüşüb
29 Noyabr 2024 Parlamentin iclası başladı
28 Noyabr 2024 Prezident və ailəsi Nəbatat Bağının açılışında - Fotolar
28 Noyabr 2024 Avropanın daha bir “qazlı” qərəzi -Bakıya şər atılır, Ermənistana göz yumulur...
28 Noyabr 2024 Polşanın müvəqqəti işlər vəkili Azərbaycan XİN-ə çağırılıb, etiraz bildirilib
28 Noyabr 2024 İlham Əliyev Albaniya Prezidentini təbrık edib
28 Noyabr 2024 İlham Əliyev Timor-Leste Demokratik Respublikasının Prezidentini və Mavritaniyanın dövlət başçısını təbrik edib
28 Noyabr 2024 Fransa Azərbaycanlaşır: 63% fransız Makrona "GET" deyir
28 Noyabr 2024 Qərbdən sərhəddəki missiyaya görə Paşinyana qəzəbli demarş
28 Noyabr 2024 Bələdiyyə sədrliyinə namizəd olmaq istəyənlərin NƏZƏRİNƏ
27 Noyabr 2024 Sülh sazişi bu vaxta qədər UZANACAQ - AÇIQLANDI
27 Noyabr 2024 Xırda məsələləri böyüdürsünüz, elə bilirsiniz ki... - Sahibə Qafarovadan deputata
27 Noyabr 2024 Spikerdən deputatlara irad: "Sizə qulaq asdıqca..."
27 Noyabr 2024 Bu, Bakının qırmızı xəttidir: İrəvan pis duruma düşür - Areşev
26 Noyabr 2024 Sərhəddə görüş PLANI - COP29-dan sonra... DETALLAR
26 Noyabr 2024 Dünyanın ən ucaboy liderləri - Əliyev və Ərdoğanın siyahıdakı yeri
25 Noyabr 2024 Prezident bələdiyyələrin birləşməsi haqqında qanunu təsdiqləyib
25 Noyabr 2024 Azərbaycan-İran xüsusi təyinatlıları "Araz - 2024" birgə taktiki təlimi keçirir
25 Noyabr 2024 İlham Əliyev Bosniya və Herseqovinanın rəhbərini təbrik edib
25 Noyabr 2024 Əli Əsədov qərar ımzaladı

Xəbər lenti