"Avropa İttifaqı gördü ki, burada birtərəfli rol ala bilməz" - Ekspert danışır

Erməni ekspertlər Aİ-nin yarımhərbi missiyasını Azərbaycana casusluqda ittiham edərək, göndərilməsini məqbul hesab edirlər. Aİ-nin Ermənistandakı nümayəndəliyinin rəhbəri, səfir Andrea Viktorin son mətbuat konfransında bildirib ki, Avropa İttifaqı müşahidəçiləri hesabatları nə Ermənistana, nə də Azərbaycana təqdim edirlər. Onlar hesabatlarını Brüsselə göndərirlər. Səfir həmçinin qeyd edib ki, müşahidəçilər sərhədi izləyir və gördüklərini qeyd edirlər.
“Ermənistan Avropa İttifaqının yarım hərbi-mülki müşahidə missiyasını Azərbaycana qarşı istifadə edəcəyini düşünürdü. Onlar hesab edirdi ki, Avropa İttifaqının müşahidə missiyası Azərbaycan əleyhinə raportlar yazacaq və Ermənistanın siyasi alətinə çevriləcək. Göründüyü kimi Avropa İttifaqı bu addımı atmadı. Çünki Avropa ittifaqı vasitəçilik missiyasını həyata keçirir. Avropa ittifaqının prezidenti Şarl Mişel praqmatik bir mövqe ortaya qoyur. Və Ermənistan tərəfi artıq Avropa İttifaqının bu siyasətindən narazıdır”.

Bu barədə Bizimyol.info xəbər portalına politoloq Məhəmməd Əsədullzadə danışıb. Politoloqun fikirncə, bu narazılığın əsas səbəbi Ermənistanın Azərbaycana qarşı qeyri-konstruktiv və hələ də işğal siyasətinə malik olmasından irəli gəlir.

Məhəmməd Əsədullazadə bildirib ki, Azərbaycan tərəfi ilk gündən buna etiraz edib.

“Bundan sonra Avropa İttifaqı da öz siyasətinə diqqət etməyə başladı. Gördü ki, burada birtərəfli rol ala bilməz və konkret olaraq obyektiv mövqe ortaya qoymalıdır. Mülk müşahidə missiyası şərti sərhədə yaxınlaşa bilmir. Çünki Ermənistan tərəfi təxribatlara əl atır və situasiya çox gərgindir”-deyə politoloq izah edib. O, qeyd edib ki, indi Ermənistan Avropa İttifaqının missiyasından üz döndərib, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üz tutub. Hərçənd ki, Rusiya da buna narazıdır.

“Ermənistan tərəfi yenə də bulanıq suda balıq tutmağa çalışır. Amma proseslər onun əleyhinə işləyir və işləyəcək də. Avropa İttifaqının da bundan sonra Azərbaycan əleyhinə hər hansı bir siyasətə imza atacağını düşünmürəm. Və Ermənistanın Avropa İttifaqı ilə əlaqələri göründüyü kimi artıq suallar doğurur”-deyən politoloqun fikrincə, Avropa İttifaqı da yaxşı bilir ki, Ermənistan tərəfinin mövqeyi qeyri-konstruktivdir.

29 Noyabr 2024 Yaqub Eyyubov Paşinyanın müavini ilə görüşüb
29 Noyabr 2024 Parlamentin iclası başladı
28 Noyabr 2024 Prezident və ailəsi Nəbatat Bağının açılışında - Fotolar
28 Noyabr 2024 Avropanın daha bir “qazlı” qərəzi -Bakıya şər atılır, Ermənistana göz yumulur...
28 Noyabr 2024 Polşanın müvəqqəti işlər vəkili Azərbaycan XİN-ə çağırılıb, etiraz bildirilib
28 Noyabr 2024 İlham Əliyev Albaniya Prezidentini təbrık edib
28 Noyabr 2024 İlham Əliyev Timor-Leste Demokratik Respublikasının Prezidentini və Mavritaniyanın dövlət başçısını təbrik edib
28 Noyabr 2024 Fransa Azərbaycanlaşır: 63% fransız Makrona "GET" deyir
28 Noyabr 2024 Qərbdən sərhəddəki missiyaya görə Paşinyana qəzəbli demarş
28 Noyabr 2024 Bələdiyyə sədrliyinə namizəd olmaq istəyənlərin NƏZƏRİNƏ
27 Noyabr 2024 Sülh sazişi bu vaxta qədər UZANACAQ - AÇIQLANDI
27 Noyabr 2024 Xırda məsələləri böyüdürsünüz, elə bilirsiniz ki... - Sahibə Qafarovadan deputata
27 Noyabr 2024 Spikerdən deputatlara irad: "Sizə qulaq asdıqca..."
27 Noyabr 2024 Bu, Bakının qırmızı xəttidir: İrəvan pis duruma düşür - Areşev
26 Noyabr 2024 Sərhəddə görüş PLANI - COP29-dan sonra... DETALLAR
26 Noyabr 2024 Dünyanın ən ucaboy liderləri - Əliyev və Ərdoğanın siyahıdakı yeri
25 Noyabr 2024 Prezident bələdiyyələrin birləşməsi haqqında qanunu təsdiqləyib
25 Noyabr 2024 Azərbaycan-İran xüsusi təyinatlıları "Araz - 2024" birgə taktiki təlimi keçirir
25 Noyabr 2024 İlham Əliyev Bosniya və Herseqovinanın rəhbərini təbrik edib
25 Noyabr 2024 Əli Əsədov qərar ımzaladı

Xəbər lenti